2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Keçmiş MTN generallarının məhkəməsi davam edir

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə prokuror ittiham aktının elanını davam etdirib.

Prokuror ittiham aktının təqsirləndirilən Natiq Alıyevlə bağlı hissəsini elan edib. Natiq Alıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra digər təqsirləndirilən Zaur Məmmədovla bağlı hissədə ittiham aktı oxunmağa başlanılıb. Prosesdə günorta fasiləsi elan edilib.

Fasilədın sonra prokuror Zaur Məmmədovla bağlı hissədə ittiham aktını elanını davam etdirəcək. (teleqraf)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button