2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Keçmiş müəllimə türkiyəli həkimlər müalicə, azərbaycanlı həkimlər əməliyyat təklif edir

Yayımlandı: 27 Fevral 2023 17:45

Adil Qeybulla: “Türkiyəli həkimlərin tövsiyəsinə əməl edilməlidir”

Tərtərin Azadqaraqoyunlu kənd sakini Röya Nəbi qızı Hüseynova qaraciyər sirrozundan əziyyət çəkir.

Saytların yığılması Saytlarin yigilmasi

Həkimlər səhhətində problemi 2012-ci ildə aşkar ediblər.

“Əvvəllər məktəbdə dərs deyirdim, riyaziyyat müəllimi işləyirdim. 2012-ci ildə ağır xəstələndim, davamlı müalicələrə baxmayaraq, qan qusurdum. 2014-cü ildə vəziyyətim lap ağırlaşdığı üçün işdən çıxmalı oldum”, – xəstəlikdən əziyyət çəkən qadın Meydan TV-yə deyir.

“Qaraciyər köçürülməsi üçün ümumilikdə 70 min manat pul lazımdır”

Azərbaycanda həkimlər ona qaraciyərin nəqlini təklif ediblər.

Türkiyəli həkimlər isə prosesin çox irəliləmədiyini xəstəlikdən müalicə ilə qurtula biləcəyini bildiriblər:

“Xəstəliyin irəliləmə ocağı qida borusudur, tez-tez damar partlaması, qanaxma olur. Azərbaycanda 2012-ci ildən hara gedirəm, eyni sözü deyirlər. Bildirirlər ki, qaraciyər dəyişdirilməlidir. Başqa cür mümkün deyil. Donor da öz qohumun olmalıdır. Bakıda təkcə əməliyyata görə 50 min manat istəyirlər. Ümumilikdə 70 min manat pul lazımdır”.

Ailənin əməliyyat üçün maddi vəsaiti yoxdur.

Röya Hüseynova deyir ki, əməliyyat olduqca bahadır. Bunun üçün aidiyyəti qurumlara müraciət etsə də, müsbət cavab ala bilməyib:

“Öz övladım donor olmaq istəyir. Ona görə də onun yaşamaq şansını düşünürəm. Bu əməliyyatlar hər dəfəsində uğurlu, şanslı alınmaya bilər. Risk etmək istəmirəm. Ona görə də dövlət hesabına xaricdə əməliyyat olunmaq istəyirəm”.

“Azərbaycanlı həkimlərin niyə belə dediyinə birmənalı cavab vermək mümkün deyil”

Azərbaycan Həkimləri İctimai Birliyinin sədri, tibb elmləri doktoru Adil Qeybulla hesab edir ki, Türkiyədə təbabət yüksək səviyyədə olduğu üçün məhz həmin həkimlərin tövsiyəsinə əməl etmək lazımdır:

“Orada klinik protokollarla işləyirlər. Üstəlik, qaraciyər nəqli üçün konkret kriteriyalar var. Yəqin, həmin kriteriyalar yetişmədiyindən vətəndaşa qaraciyər nəqlini məsləhət görməyiblər. Məncə, həmin rəylə mütləq hesablaşmaq lazımdır. Qaraciyər bərpa qabiliyyəti həddən artıq yüksək orqan olduğu üçün hətta resursunun 25 faizi qaldığı halda belə, müalicə ilə bərpası mümkündür. Yəni orqan nəqlindən yan keçmək mümkündür. Azərbaycanlı həkimlərin niyə belə dediyinə isə birmənalı cavab vermək mümkün deyil”.

Adil Qeybulla

2022-ci ilin yanvarın 1-dən Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qüvvəyə minib.

Qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Meyit donordan isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürmək mümkündür.

Orqan köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2022-ci ilin əvvəlindən salınıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button