2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Keçmiş müstəntiqin anası hakimə müraciət etdi

Keçmiş müstəntiq Rüfət Səfərovun anası  Tahirə Səfərova oğlunun işinə baxacaq hakimə müraciət ünvanlayıb. Sosial şəbəkədə yayılmış müraciəti təqdim edirik:

“Rüfətlə bağlı Ali Məhkəməyə kassasiya şikayətimizə nə vaxt baxılacağı hələlik məlum olmasa da, hakimin kimliyi artıq bəllidir. Prosesə Ali Məhkəmənin üzvü Gülzar Rzayevanın baxacağı barədə vəkil Bəhruz Bayramovun açıqlaması olmuşdur. Gülzar xanım da hər şeydən əvvəl anadır,övladları var. Mən onun balalarına xoşbəxt günlər arzulayıram. Amma sistem elədir ki, bəzən insanları böyük suallar qarşısında dayandırır.

Saytların yığılması Saytlarin yigilmasi

Ürək bir cür düşünür, beyin ayrı cür… Mümkündür ki, bu fikrimə görə məni düzgün qəbul etməyənlər olsun. Ancaq bir ana kimi, müqəddəs Kəbənin ziyarətçisi kimi and içirəm, oğlum Rüfətin əli rüşvət çirkinə heç bir zaman bulaşmamışdır. Onun başına gələnlər hər kəsə məlumdur. Rüfət ədalətsizliyə dözməyərək müstəntiq vəzifəsindən istefa vermişdir. Bu etiraz da onun indiki vəziyyətə düşməsinə səbəb olmuşdur. Gətirib üzünə qurama şahidləri qoydular və balamı məndən ayırdılar. Rüfəti şərləyib 9 il azadlıqdan məhrum etdilər. Günahı isə ölkədəki rüşvətxorluq və korrupsiya hallarını dilə gətirməsidir. Başqa heç nə.

Dövlətin başçısı da dəfələrlə Azərbaycanda korrupsiyanın,rüşvətin , digər qanunsuz hərəkətlərin mövcudluğunu bəyan etmişdır. Rüfət də bir müstəntiq kimi bunları dilə gətirərək prokurorluq sistemindən uzaqlaşmışdır. Bir gəncin dediyi doğru sözə görə səsini beləmi kəsirlər, sağlam düşüncəsinə bu cürmü zəhər qatırlar ?! Təəssüflər olsun. Vətəndaşın hüquq və azadlıqlarını qorumağı özünün ali vəzifəsi hesab edən prezident gərək ki,böyüklük göstərib bir müstəntiqə qarşı belə amansız mövqe seçməməli idi. Amma nə etməli ki, ətrafındakılar ondan bu sifariş qərarını aldılar.

Qaldı məhkəmələrə, onların necə dürüst olduğunu, qanunun aliliyinə necə riayət etdiklərini iki məhkəmə instansiyasında- Lənkəran Ağır Cinayətlər və Şirvan Apellasiya məhkəmə baxışlarında bütün parlaqlığı ilə bunları gördüm və müşahidə etdim. Uf demədən, gözlərini qırpmadan bir gəncin, doğrunu söyləyən bir hüquqçunun həyatını bu cür puç etməyi özlərinə rəva gördülər. Odur ki, Ali Məhkəmənin də haqqı yerinə gətirəcək hər hansı qərarına inamım yoxdur. Amma yenə də görək nələr baş verir, Ali Məhkəmə bir ananı daha hansı sürprizlə təəccübləndirir? Əslində məhkəmələrdə bir günah da axtarmıram.

Onlar içdikləri anddan daha çox oturduqları stola bağlıdırlar. .. Nə etsinlər, müstəqil bir hərəkət onları geniş və firavan imkanlardan axı təcrid edər. Nə olsun ki, Rüfət və onun kimi neçə-neçə başqaları haqsız və qanunsuz sifarişin əsirinə çevrilərək həbsxana divarları arasında çürüyürlər. Bəli, hökmdara qarşı çıxmaq olmaz, onun bir sözünü iki eləməyin hansı ağır nəticəni verəcəyi anlamaq gərək. Oğlum Rüfət də və bir ana olaraq mən də bunu çox gözəl anlayır, başa düşürük. Ona görə də Ali Məhkəmədən də bir möcüzə gözləmirəm.

Çünki vəziyyətin dəyişməsi üçün sifarişi verənin fikrində dəyişikliyin olması şərtdir. Hələlik intiqam və qisas hissi daha güclüdür. Övladım, dözməkdən başqa çarəmiz yoxdur . Bir şeyi anlamalıyıq ki, çətin bir məmləkət də yaşayırıq. Mən bu sonuncu kəliməni üzülə-üzülə dilə gətirsəm də gerçəklik belədir. Rüfət, mən və atan səni haram tikə ilə böyütmədik. Elə sənin də , bizim də xoşbəxtliyimiz bundadır…”

Tahirə Səfərova, keçmiş müstəntiq Rüfət Səfərovun anası

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button