2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Keçmiş nazir Misir Mərdanov da Ramiz Mehdiyevin əleyhdarları cərgəsinə qoşuldu

Bakı/10.02.22 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Riyaziyyat və Mexanika ETİ-nin direktoru, keçmiş təhsil naziri Misir Mərdanov mətbuatda AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini ifşa edib.

“Mehdiyev heç bir perspektivi və yaranma səbəbi məlum olmayan yeni şöbələr yaradılıb, iki il ərzində AMEA-da əsas vəzifələrdən biri olan Akademik katib qanunsuz olaraq üç dəfə dəyişdirilib. Tarixən AMEA-da həmişə üç nəfər vitse-prezident olduğu halda indi onların sayı əsassız olaraq doqquza çatdırılıb. AMEA-nın, necə deyərlər, canı olan Elmi bölmələri ləğv edilib. Heç bir zərurət olmadan və müzakirə aparılmadan AMEA-nın institutlarında Baş direktor və icraçı direktor vəzifələri təsis edilib. Bütün bunlar onlarla alimin ciddi əsəb gərginliyi keçirməsinə səbəb olmuşdur”, deyə riyaziyyat və mexanika institutunun direktoru bildirib.

Mehdiyev qanunsuz olaraq Hesablama Palatası və Maliyyə nazirliyinin funksiyasını öz üzərinə götürüb, AMEA-nın institutlarında maliyyə yoxlamaları keçirib. Yüksək Texnologiyalar Parkının rəhbərini iki il ərzində bir neçə dəfə dəyişdirərək, ölkə prezidenti tərəfindən yaradılmış bu çox gərəkli müəssisəni iflic vəziyyətinə salıb. Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsini təsis edib, bu vəzifəyə Akademiya ilə heç bir əlaqəsi olmayan şəxsi gətirib. Prezidentin məqsədi pandemiyanın tüğyan etdiyi vaxtda alimləri qorxutmaq, onları özünə daha çox tabe etdirmək idi, Mərdanov belə hesab edir.

Saytların yığılması Saytlarin yigilmasi

O, Mehdiyevin təşəbbüskarı olduğu xaotik kadr dəyişikliklərini sadalayıb, nəticədə istedadlı alimlərin işdən çıxarıldığını və AMEA-ya elmlə heç bir əlaqəsi olmayan “Mehdiyevin kadrlarının” cəlb edildiyini qeyd edib.

“Bir zamanlar həqiqi elm xadimləri olan Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev kimi şəxsiyyətlər AMEA-nın Prezidentləri olublar, sadə bir ziyalı kimi həmişə elm xadimlərinin yanında, alimlərin içində, Elmi-tədqiqat institutlarının iclaslarında olub, Akademiyanın həyatı ilə yaşayıblar. İndi Ramiz Mehdiyev yeganə adamdır ki, işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir”, deyə Mərdanov bildirib

O, Mehdiyevi Azərbaycanın tarixi və memarlıq dəyərlərini – Elmlər Akademiyasının Rəyasət Heyətinin binasını yenidən qurmaqda ittiham edir.

“Bütün bu deyilənlər az imiş kimi, bu günlərdə AMEA-nın rəsmi saytında mərkəzi aparat əməkdaşlarının, o cümlədən Ramiz Mehdiyevi aylıq əmək haqqının xeyli artırılması haqqında qəbul olunmuş qərar akademiyanın onsuz da az maaş alan əməkdaşlarını hiddətləndirib”, deyə Mərdanov əlavə edib.

İnstitut direktörü öz müraciətini AEMA prezidenti Ramiz Mehdiyevin istefasının tərəfdarı olan digər alimlərin tələblərinə qoşulduğu barədə bəyanatla yekunlaşdırır.

Bundan əvvəl Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi əməkdaşı, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov, Tarix İnstitutunun direktörü, tarix elmləri namizədi Kərim Şükürov, parlamentin deputatı, professor Musa Qasıml Mehdiyevi tənqid edib və onun istefasını tələb edib. Akademiyanın işlər idarəsinin keçmiş müdiri Elton Məmmədov Mehdiyevə qarşı məhkəmə prosesini udub.

AMEA-dan dəfələrlə R.Mehdiyevin istefa vermək niyyətində olmadığını bildiriblər. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button