Xəbərlər

Keçmiş nazir oğlu vəzifədən getdi

Formula 1” üzrə Azərbaycan Qran Prisinin təşkilatçısı – Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru dəyişib. Şirkətdən “Turan”a bildirilib ki, son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətinə özəl sektorda davam edəcək.

A.Rəhimov ötən il vəfat edən, 2006–2021-ci illərdə gənclər və idman naziri olmuş Azad Rəhimovun oğludur.

Deyilib ki, yeni icraçı direktor Maqsud Fərzullayev olub.

O, Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb. M.Fərzəliyev 2015-ci il Avropa və 2017-ci İslam Həmrəyliyi oyunları, eləcə də 2022-ci il “Formula 1” Azərbaycan Qran Prisinin təşkilat komitəsində iştirak edib. Azərbaycan Milli Gimnastika Federasiyasına Birinci vitse-prezident Mehriban Əliyeva rəhbərlik edir.

Azərbaycanda “Formula-1” yarışları 2016-cı ildən keçirilir. Amma 2020-ci il koronavirus pandemiyası ilə bağlı bu yarışlar təxirə salındı.

Təşkilatçı tərəflə bağlanan müqaviləyə əsasən, Azərbaycan hələ 2024-ci ilə kimi bu yarışlara ev sahibliyi etməlidir. Hökumət bu yarışlara çəkilən tam xərcləri dəqiq açıqlamayıb. Müxalifət hesab edir ki, ölkədə bu yarışlara çəkilən xərclər əhalinin sosial ehtiyaclarına sərf olunmalıdır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Müstəqilliyin Bərpası Günüdür

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button