2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Keçmiş nazir və generalların MTN-lə bağlı ifadələri cinayət işindən yoxa çıxıb”

Həbsdə olan MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev və nazirlikdə çalışmış daha altı nəfərin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Onların şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyilə baxılır.

Oktyabrın 18-də məhkəmənin ilk iclasında hakim bildirib ki, sabiq MTN əməkdaşlarından Eşqin Əliyev şikayətini geri götürüb. Çünki bir gün əvvəl – oktyabrın 17-də ona verilmiş cəzanın müddəti başa çatıb. E.Əliyev apelyasiya şikayətində ona verilmiş 3 illik həbsin şərti cəza ilə əvəz olunmasını istəyirdi.

Həbsdə olan sabiq MTN-çilərdən Anar Şirəliyevin isə cəzası bu gün başa çatıb. Lakin o buraxılmayıb. Saxlandığı 1 saylı Bakı istintaq təcridxanasında ona deyilib ki, məhkəmənin gedişində hakim onu azad edər. Lakin Bakı Apelyasiya Məhkəməsi də onu buraxmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra zərərçəkmiş Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun prosesə buraxılıb-buraxılmaması məsələsi müzakirə edilib. Çünki MTN generallarından birinin – Akif Çovdarovun vəkilidir. Digər MTN generallarına qarşı çıxan zərərçəkmişin isə nümayəndəsidir.

Daha sonra vəkillər apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatətlər qaldırıblar.

S.Qurbanovun vəkili Adil İsmayılov cinayət işinin materiallarından bir çox ifadələrin yoxa çıxdığını bildirib və məhkəmədən xahiş edib ki, prokurorluğa sorğu göndərilib həmin ifadələr alınsın. Vəkilin sözlərinə görə, təqsirləndirilən generallar Teymur Quliyevin, Natəvan Mürvətovanın, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbsovun və başqa şahidlərin ifadələri də cinayət işinin materiallarında yoxdur: “Əvəzində ifadədən çıxarış adlı sənədlər əlavə ediblər işə. Dindirmə protokolları özü isə yoxdur. Biz hardan bilək ki, çıxarışlarda yazılanları o adamlar deyib, yoxsa yox. Zərgərlərdən pul alınması barədə ittiham verilib adamlara, lakin zərərçəkmişlərin, şahidlərin ifadələri yoxdur. Bakı Hərbi Məhkəməsində bu işə baxılanda sorğu göndərib o ifadələri prokurorluqdan aldılar. Məlum oldu ki, ifadələrdə bir nəfərin adı çəkilən cümlə çıxarışa köçürülməyib”.

Vəkil bildirib ki, dindirmə protokollarının gizlədilməsi, təqsirləndirilən şəxs və onun vəkilinə ifadələrlə tanış olmaq imkanının verilməməsi qanun pozuntusudur.

Təqsirləndirilən şəxslərdən polkovniki Füzuli Əliyev bir çox şəxsin məhkəmədə dindirilmədiyini bildirərək, o da prosesin məhkəmə istintaqıyla aparılmasını xahiş edib. MTN polkovniki həm də öz qohumlarının məhkəməyə çağırılıb dindirilməsini istəyib. Bildirib ki, onun qohumlarının əmlakları heç bir əsas olmadan müsadirə edilib: “Araşdırıb gördülər ki, mənim bir torpaq sahəm, bir də maşınımdan başqa heç nəyim yoxdur. Bütün qohumlarımın nəyi var, heç bir araşdırma aparmadan müsadirə elədilər. O adamların öz əmlakları idi, öz pullarına almışdılar, özləri də istifadə edirdilər.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan edib. Qərara əsasən, vəsatətlər təmin edilməyib, proses məhkəmə istintaqı aparılmadan keçiriləcək. Kamandar Nəsibov da prosesdən uzaqlaşdırılıb. Müsadirə olunmuş əmlaklarına görə apelyasiya şikayəti verənlərin şikayəti isə icraata götürülməyib.
Məhkəmə oktyabrın 29-da davam etdiriləcək.

2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsdindən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə məhkəmə qarşısına çıxarılıb.

Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizov isə şərti cəza verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button