2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Keçmiş nazirin şirkəti qaz borcunu ödəmir

Keçmiş nazir Səlim Müslümova məxsus olduğu bildirilən “Formes Group. Az” MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında borc qalmaqalı davam edir.

Qaynarinfo xəbər verir ki, nazirin şirkəti dövlət qurumuna olan borcunu ödəmək istəmir.

“Formes.Group.Az” MMC 2016-cı ildən istixana kimi fəaliyyət göstərir. 2020-ci ilə qədər olan dövr üçün istixananın “Azəriqaz”a 217 min manat borcu yaranıb. Lakin nazirə məxsus istixana müxtəlif bəhanələrlə ödənişdən yayınıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Azəriqaz” İstehsalat Birliyi, fəaliyyətə başlayanda “Aqrotexsevis” MMC, daha sonra isə, naməlum səbəbdən türk iş adamına verilərək adı “Formes.Group. Az” MMC kimi dəyişdirilən istixananı məhkəməyə verərək qətnamə çıxarılmasına nail olsa da, bu günə qədər Şəki İnzibati İqtisad Məhkəməsinin qətnaməsi icra olunmadan qalıb.

“Azəriqaz” yenidən məhkəməyə müraciət etməli olub. Bu iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.
 
Səlim Müslümov 2013-2018-ci illərdə Əmək və əhalinin sosial müdafiəsi naziri olub. 

O, 2021-ci ilin fevralında korrupsiya ittihamı ilə həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button