2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Keçmiş neftçi Heydər Əliyevin məzarına şikayət məktubu yazıb

Yayımlandı: 10 Yanvar 2023 14:34

“Mən şirkətdən şikayət edirəm, baxılması üçün elə şirkətə yönləndirirlər”

“7 nəfərlik ailədə tək mən işləyirdim. Vəziyyətimizi təsəvvür etmək üçün söz tapa bilmirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə neftçi Həsən Hüseyn oğlu Həsənov deyib. Onun sözlərinə görə, 1992-ci ildən Pirallahı rayonu, Cilov qəsəbəsində 22 saylı mühafizədə işləyib. 1993-cü ildən “28 May” Neft-Qaz Çıxarma İdarəsində işə düzəlib.

“1999-cu ildə istehsalatda ağır xəsarət aldım. Qapalı kəllə-beyin travması, sol bileyin sınığı diaqnozu ilə bir neçə ay xəstəxana şəraitində müalicə olundum. Lakin əlillik dərəcəsi vermədilər. 2010-cu ildə həkim arayışı olduğu halda ixtisas dərəcəsini kəsdilər və beləliklə, əməkhaqqım da azaldıldı”,-neftçi deyib. H.Həsənov bildirib ki, ixtisas dərəcəsinin və maaşının bərpa olunması üçün həmin ildən müraciətlərə başlayıb:

 “2014-cü ldə şərlənərək 30 sutka həbs edildim. 3 il sonra dərəcənin bərpa olunması ilə bağlı müraciətimə müsbət reaksiya verildi. Elə həmin müddətdən də idarə rəhbərliyi tərəfindən mənə qarşı təzyiqlər başlayıb”.

Şikayəçi deyir ki, xəstə olduğu halda işdən çıxarılıb, hətta yaşadığı Cilov adasından çıxarılıb.

“Ərzaq almaq üçün gəmi ilə şəhərə getdim, geri dönəndə polis saxladı, ailəmin adada olmasına baxmayaraq məni buraxmadı. Sonradan ailəmi də adadan çıxardılar. Halbuki, orada şəxsi evim, əşyalarım qalıb. İki ildən çoxdur Binədə Südçülük sovxozu deyilən ərazidə kirayədə qalırıq. Aidiyyati orqanlara etdiyim müraciət Dövlət Neft Şirkətinə yönləndirilir, onlar isə cavab vermirlər. Mən şirkətdən şikayət edirəm, baxılması üçün elə şirkətə yönləndirirlər”,-Həsənov söyləyib.

Həsən Həsənov. Foto: Meydan TV

Şikayətçi Heydər Əliyevin məzarına da şikayət məktubu göndərib. Deyir, ulu öndərin ruhundan köməklik istəyib:

Vəzifəli şəxslərin qohumları, yaxın ətrafı başqa ixtisas sahiblər olsalar da, neft sahəsində çalışırlar. Amma mənim kimilər işdən uzaqlaşdırılır. Xəstə olduğum halda mənim xəstəlik arayışımı ləğv edən həkimlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Eyni zamanda, şirkətə yönəldilən son müraciətimə hələ də cavab verilmir”.

 “Azneft” İstehsalat Birliyinin cavabında isə göstərilir ki, Həsənov dəfələrlə  əmək müqaviləsi üzrə öhdəlikləri, istehsalat və daxili intizam, davranış qaydalarını pozaraq münaqişə yaratmaqla iş yoldaşına güc tətbiq etdiyinə görə yazılı və şifahi xəbərdarlıq alıb. Heç bir səbəb olmadan 7 gün işə çıxmayıb. Buna görə də bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin c bəndi ilə pozulub.

Dövlət Neft Şirkətindən isə məsələ ilə bağlı yazılı sualları cavablandırmayblar.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button