2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Keçmiş polis əməkdaşı sistemdəki tanışları vasitəsilə məni həbs etdirməyə çalışır”

Daxili İşlər Nazirliyi Göyçay sakininin iddialarının araşdırılacağını deyir

Göyçay rayonunun Bığır kənd sakini Bəxtiyar Məmmədov dövlət orqanlarına şikayətlərinə görə təhdid və təzyiqlərlə üzləşdiyini deyir. O iddia edir ki, vaxtilə daxili işlər orqanlarında çalışmış keçmiş qaynı müxtəlif vasitələrlə onu şərləyərək həbs etdirməyə çalışır.

“Sonradan bildim ki, yoldaşımın yəhudi pasportu varmış”

Saytların yığılması Saytlarin yigilmasi

“Hüquq-mühafizə orqanlarındakı tanışları vasitəsilə 2022-ci ilin martında bir dəfə buna cəhd elədi. Məni tutub aparıb saxladılar, araşdırdılar. Telefonumdakı mesajları, şəkilləri göstərdim, gördülər ki, başdan-ayağa şər-böhtandı, buraxdılar. Yenə də davam edir…”, – Bəxtiyar Məmmədov Meydan TV-yə danışır.

46-yaşlı Bəxtiyar Məmmədov 2005-ci ildən 2021-ci ilə qədər Almaniyanın Düsseldorf şəhərində yaşayıb. Danışır ki, orada qaz sənayesi və tikinti sahəsində işləyib. 2010-cu ildə elə orada Tamilla Tapdıqova ilə tanış olub, ailə qurub, 2012-ci ildə Gülnar adlı qızları dünyaya gəlib:

“Qızımız dünyaya gələndən sonra bilmişəm ki, sən demə, həyat yoldaşım Tamillanın yəhudi pasportu varmış. Buna görə də aramızda narazılıq yarandı. O dövrdə qardaşı Rasim Tapdıqov, bacısının əri hüquq-mühafizə orqanlarında işləyirdi…”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, bu evlilikdən öncə Sumqayıtda ikiotaqlı mənzili varmış. Baldızı Gülarə Tapdıqova təklif edib ki, həmin mənzili satsınlar, üstünə də əlavə pul qoyub, Bakıda mərkəzdə yaxşı mənzil alsınlar.

“Almaniyadan gəlmişdik, baldızım Bakıda gəzəndə bir bina göstərdi, dedi ki, sizə də, özümüzə də mənzili bu binadan götürmüşəm. Gedib baxmaq istəyəndə dedi ki, hələ hazır deyil deyə, içəri adam buraxmırlar. Əvvəl-axır o mənzilin üzünü görmədim, axırda da dedi ki, əlimdən alıblar o evləri. Zaman keçdikcə mən bunları tanımağa başladım. Bunlardan evimin pulunu tələb edlədim”, – Göyçay sakini bildirib.

“İki nəfər qolumdan tutub, maşına basıb apardı”

Bəxtiyar Məmmədov deyir ki, o, müxtəlif yerlərə şikayət edib. Bundan sonra həyat yoldaşı ona qarşı məhkəmədə boşanma iddiası qaldırıb. Onun sözlərinə görə, həmin vaxta qədər də ayrı yaşayırdılar, sadəcə, sənəd üzərində evli idilər.

“Günlərin birində qaynım zəng elədi ki, “hardasan, gəl Bakıya, evinin pulunu – 30 min dollarını verirəm”. Dedim ki, mən kənddəyəm. 2022-ci il martın 10-da görüşdük. Anamı Bakıya həkimə aparmışdım, “Yaşıl bazar”ın yanında olanda ona yazdım. Mənə dedi ki, “bir saat əvvəldən deyəydin”. Onu orada bir saatdan çox gözlədim. Anam da maşında idi. Bir də gördüm gülə-gülə gəldi, əlində üç dənə yüzlük dollar bağlaması – 30 min. O, pulu verib kənara çəkilən kimi iki nəfər qolumdan tutub, məni BMW markalı maşına basıb apardı. Yolda mənə dedilər ki, sən utanmırsan başqasından rüşvət tələb edirsən, hədələyib pul istəyirsən? Dedim, nə rüşvət, evimin puludur…”.

“Prezident də deyib ki, heç kim vəzifəsindən sui-istifadə etməməlidir”

Bəxtiyar Məmmədov deyir ki, polis idarəsində yazışmalarına və başqa sübutlara baxıb araşdırma aparandan sonra təqsirsiz olduğunu, keçmiş qaynının onu şərlədiyini anlayıblar. Bundan sonra onu sərbəst buraxıblar.

“Həmin vaxt maşında olan anam baş verənləri biləndən sonra ayaqları tutuldu. Bu illər ərzində mənə nə qədər həm maddi, həm də mənəvi ziyan dəyib. Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə və başqa dövlət orqanlarına şikayətlər göndərmişəm. Prezident də dəfələrlə deyib ki, heç kim vəzifəsindən sui-istifadə edə bilməz. Keçən dəfə bəxtim gətirdi, insaflı çıxdılar, araşdırdılar, gördülər ki, bu yalandır, məni şərləyirlər. Bu dəfə bəxtim gətirməsə, necə olacaq? Orada mənə böhtan atmağa çalışdılar ki, guya mən dövlətçiliyə qarşı çıxıram. Mən Vətən müharibəsi dövründə gördüyüm işlərlə bağlı sübutları göstərdim, polislər əmin oldular ki, yalandır. Ona görə xahiş edirəm, bu adamlar haqqında araşdırma aparılsın, barələrində tədbir görülsün. Mənim pulumu qaytarsınlar. Mən o evi əziyyətlə almışdım, niyə pulunu kimlərsə yeməlidir?!”, – Göyçay sakini əlavə edib.

Foto: Meydan TV

DİN də saxta sənəddən istifadə faktını təsdiqləyir

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi də Tamilla Məmmədovanın saxta sənədlərdən istifadə etdiyini təsdiqləyib. İdarədən bildirilib ki, araşdırma zamanı ona təhrif olunmuş anket məlumatları ilə şəxsiyyət vəsiqəsi və pasport verildiyi ortaya çıxıb. Bundan sonra həmin sənədlər ləğv olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Bəxtiyar Məmmədovun şikayətində göstərdiyi hallar araşdırılacaq və cavab veriləcək.

Foto: Meydan TV

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button