Now Reading:
Keçmiş ‘Qarabağ komandiri’ azadlığa çıxır

Dağlıq Qarabağ separatçılarının keçmiş komandiri Samvel Babayan kassasiya məhkəməsinin qərarıyla, bir qrup deputatın zəmanəti ilə azadlığa çıxacaq.

Məhkəmə daha iki məhkumun barəsində də qərarı deputatların şəxsi zəmanəti ilə dəyişib.

Kassasiya məhkəməsi apelyasiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən istintaqa göndərib.

Hearings of Samvel Babayan’s case took place

Ötən noyabrda Samvel Babayan 6 illik həbs cəzasına məhkum edilib. O, silah qaçaqçılığında və çirkli pulyumada təqsirli bilinib. Babayan-ın müxalifətdəki müttəfiqləri bu ittihamların siyasi motivli olduğunu bildirirlər.

Məhkəmə Babayan-la birlikdə təqsirləndirilən iki nəfəri isə iki və üç illik həbs cəzalarına məhkum edib. Qalan dörd nəfərə şərti cəza verilib.

Babayan 1993-1999-cu illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda etnik erməni qüvvələrin komandiri olub.

Ermənistanın dəstəklədiyi separatçılar Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarəti ələ keçirib. Münaqişədə 30 minədək adam həlak olub, 1 milyona yaxın qaçqın və məcburi köçkün yaranıb. 1994-cü ildə atəşkəs elan olunsa da, ara-sıra atışmalar, qısamüddətli döyüşlər gedib. Müharibənin həlli üzrə danışıqlar elə bir ciddi nəticə verməyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.