Loading...
Loading...
ÖLKƏDünya

Keçmiş Sovet istehsalı olan Pilotsuz aparat Xorvatiyada qəzaya düşüb

Zaqreb, 11 mart, Xorvatiya-Piltsuz aparatın düşdüyü ərazi.

Ukraynadan uçan Sovet dövründən qalma pilotsuz kəşfiyyat təyyarəsi Xorvatiya ərazisinə daxil olduqdan sonra paytaxt Zaqreb yaxınlığında qəzaya uşrayıb.

Bu barədə Reüters agentliyi martın 11-də Xorvatiya hökumətinə istinadla məlumat verir. Polisin məlumatına görə, qəza nəticəsində bir neçə maşına ziyan dəyib.

Hökumətin bildirdiyinə görə, 1300 metr hündürlükdə uçan pilotsuz təyyarə Macarıstan üzərindən Xorvatiyanın hava məkanına keçdikdən 7 dəqiqə sonr qəzaya uğrayıb. Qəza martın 10-u axşam saat 23 radələrindı baş verib. Qeyd edək ki, həm Macarıstan, həm də Xorvatiya NATO üzvüdür.

Xorvatiya prezidenti Zoran Milanoviç deyib ki, ilkin məlumata görə, pilotsuz aparat yanacağı bitdikdən sonra qəzaya düşüb.

“Faktlar müəyyən ediləcək. Məni ən çox maraqlandıran odur ki, təkmil olmayan bir təyyarə NATO üzvünün ərazisində heç kim görmədən necə bir saata yaxın vaxt keçirə bilər”, deyə o, bildirib.

Reütersin məlumatına görə, Macarıstanın müdafiə nazirliyi isə buna cavab olaraq radarların , pilotsuz Tu-141 təyyarəsini ölkənin hava məkanında qeydə aldığını bildirib.

Nazirliyin məlumatına görə, pilotsuz aparat Ukrayna üzərində də qeydə alınıb, sonra isə Rusmınya ərazisindən Macarıstana keçib.

Xorvatiya prezidenti bunun ölkəyə qarşı yönəlmədiyini , sadəcə insident olduğunu bildirib.

Ölkənin müdafiə nazirliyi isə bunu ciddi insident adlandırıb və bildirib ki, məsələ hərtərəfli araşdırılmalıdır.

Pilotsuz aparatın hələlik Ukrayna və Rusiyaya aid olması bəlli deyil.

Macarıstanın xarici işlər nazirliyi bildirib ki, insidentlə bağlı Xorvatiya və digər NATO müttəfiqləri ilə yaxından əməkdaşlıq edir. Faktla bağlı istintaq gedir. Hələlik Rusiya tərəfindən məsələylə bağlı elə bir rəsmi açıqlama verilməyib.

24 saat” “
Keçmiş Sovet istehsalı olan Pilotsuz aparat Xorvatiyada qəzaya düşüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Gürcüstanı separatçı regionları qaytarmağa çağırırlar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button