2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Keçmiş “striptiz-spiker” məhkəməyə cağırılıb və Parlamentin “Birinci Xanımı” sirri

Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya, Məhkəmə-Hüquq Şürasını Sədri Fikrət Məmmədova müraciət edilib. 

Milli Məclisin Beynəlxalq Münasibətlər Şöbəsinin sektor müdiri Rahim Axundov Prezidentə spiker Oqtay Əsədov tərəfindən qanunsuz işdən çıxarılması ilə bağlı şikayət yazıb. Şikayətdə deyilir: “Hörmətli cənab Prezident! 2018-ci ilin dekbarın 25-də Milli Məclisin Sədri cənab Oqtay Əsədov İranda rəsmi səfərdə olarkən, həmin gün saat 13:17-də İranın Prezidenti cənab Həsən Ruhani ilə görüşdə olub. Uzun müddət mənə edilmiş təzyiqlərdən və təhdidlərdən sonra bezərək, 25 dekabr saat 14:00 radələrində mən Milli Məclisdə işdən çıxmaq barədə 25 dekabr tarixli ərizəmi Milli Məclis Aparatına təqdim etmişəm. Necə ola bilər ki, cənab Oqtay Əsədov İranda ola-ola onun adından işdən azad olunmağım barədə sərəncam imzalanır? Bu qədər qanunsuzluqmu olar? Bu sərəncam saxtadır, dərhal ləğv olunmalı və işimə bərpa olunmalıyam. Xahiş edirəm, kömək edin”. Qeyd olunmalıdır ki, ölkədə gedən #StriptizMəclisBuraxılsın kampaniyası nəticəsində buraxılmış Parlamentin keçmiş rəhbərliyi məhkəmə qarşısında cavab verməli olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Qafarova Əsədovdan sonra Parlamentin imijini düzəldə biləcək?

Parlament hakimiyyətin güzgüsüdür. Bir hökumətin necə çalışdığını, insanlara necə xidmət göstərdiyini anlamaq üçün onu təmsil edən millət vəkillərinin kimliyinə nəzər salmaq yetər.  Çünki ölkənin ən taleyüklü məsələləri milyonların arasından seçilib onları təmsilçilik hüququ qazanan bu adamlara etibar edilir. Zaman-zaman ölkənin gündəmini müəyyən edən bütün mühüm məsələlər burada müzakirəyə çıxarılır, bütün qanunlar burada qəbul olunur, bütün qərarlar burada verilir. Amma on illərdir Azərbaycan insanının bəxti gətirmirdi. Parlamentə özünü buraxmış Əsədov “rəhbərlik” edirdi. Belə rəhbərlik edirdi ki, səsi Moskvadan, İstambuldan gəlirdi. On illərdir xalq vəkili görmək istədiyi adamları o məclisə seçə bilmir. On illərdir hakimiyyət xalqın iradəsini saya salmadan bəlli bir siyahı ilə təyinatlı adamları parlamentə doldurur. O adamlar da Parlamenti striptiz kluba, çayxanaya, restorana çeviriliblər. Elə o üzdən də ölkə parlamenti çoxdan fəaliyyətsiz və oyuncaq bir qurum olaraq nüfuzunu itirib. Ən çox da bu mötəbər binaya çox təsadüfi gəlib düşmüş adamların sayəsində nüfuzu yerlə bir olub parlamentin. Təsəvvür edin, illərdir spiker olmuş Oqtay Əsədovun bu quruma vurduğu ziyanı hesablayın. Keçmiş “özünü buraxmış” Spikerin ailə üzvlərinin dünyanın müxtəlif ölkələrində məlum olan bahalı mülkiyyət və biznes obyektlərini kənara qoyuruq. Lakin ən azı, ortaya çıxan o bizneslərdən, mülklərdən sonra o vəzifəsindən könüllü şəkildə istefa verməliydi. Ölkənin, hakimiyyətin, xalqın, heç olmasa Əliyevlər naminə istefa verməliydi. Adam bunu etmədi və parlamentin nüfuzunu bir az da zərbə altında qoymuş oldu. Məhz buna görə də Parlament biyabırcasına və tariximizdə ilk dəfə buraxıldı.

Əsədov xaricdə YAPı biyabır etdi, Qafarova isə reputasiyanı düzəltməlidir

İndi isə sədr kürsüsünə tamam fərqli bir sima gətirilib. O yeni sima həm də bir xanımdır. Savadlı və ziyalı xanımdır. Və bəlkə elə xanım olduğuna görə, bəziləri onun Milli Məclisə yeni ab-hava gətirəcəyinə ümidlənir. Amma təkcə xanımlıq məsələsi də deyil. Yeni sədr Sahibə Qafarovanın dosyesi kifayət qədər parlaqdır. Həmin dosyedə onun beynəlxalq aləmlə əlaqələrini, təcrübə mübadiləsini, təhsilini ortaya qoyan çox sayda faktlar var. Sual yaranır. Qafarova sədr kimi uğur qazanıb parlamentin itmiş nüfuzunu bərpa edə bilərmi? Yaxından tanıyanların qənaətinə görə, onun belə bacarığı da var, Məclisin batan nüfuzunu təmizləyəcək qabiliyyəti də. Lap tutaq ki, belədir. Tutaq ki, xanım Qafarova əl-qolunu çırmalayıb MM-də tamam yeni bir düzən yaratmaq fikrinə düşdü. İntizam qaydalarını sərtləşdirdi, deputatlardan daha ciddi və səmərəli fəaliyyət tələb etməyə başladı. Məclisdə bizneslə məşğul olan deputatların məsələsini qaldırdı, aylarla səssiz gedib-gələn lal deputatlardan iş tələb etdi. Hazırkı deputat komandası onun bu qaydalarına üsyan etməzmi? Artıq dəhlizlərdə söhbətlər başlayıb, bəziləri deyir ki, həmin üzvlərin arasında sədrlik vəzifəsinə ondan qat-qat layiqli namizədlər də vardı. Bir də…Qafarova YAP-ın fəallarından biri olaraq parlamentə girib. Onun beynəlxalq qurumlarda təmsilçiliyi, çıxışları, təcrübəsi də bu partiyanın adı ilə bağlıdır. Bir sözlə, sədr xanım son illər qazandığı nə varsa, hamısını hakim partiyanın təmsilçiliyinə borcludur. Məntiqlə, indi ona borcdan çıxmaq şansı verilib. Onun bu şansdan necə yararlandığını yaxında görəcəyik. Görəcəyik ki, onun işi Milli Məclisin ləkəli nüfuzunu təmizləmək istiqamətində olacaq, yoxsa bu işi bacarmayacaq? Əsədov YAPı xaricdə biyabır edib, Qafarova isə bu imiji düzətməlidir.

Parlamentin “Birinci Ledi” sirri

Artıq Parlamentin “Birinci Ledi” dedikdə hamı xanım Qafarovanı düşünür. Fikir verdinizsə, “Parlamentin birinci xanımı” brendi üzərində iş aparılır. Ona görə ki, cəmi 6 ay öncə Parlamentin “Birinci Ledisi” dedikdə hər kəs Oqtay Əsədovun qeyri-rəsmi həyat yoldaşını düşünürdü… O, Parlamentdə 3 dənə vəzifə tuturdu, həm sədrin kətibəsi-köməkçisi, həm sektor müdiri, həm müşavir… Həm həyat yoldaşı, amma qeyri-rəsmi. Bu haqda Milli Məclisdə bilməyən yoxdur və o xanımın da keçmiş spikerin ən yaxın sirdaşı, qeyri-qanuni həyat yoldaşı olduğunu hamı bilir. Romanın detallarını isə spikerin mühafizə işçiləri deputatlarla çayxanada müzakirə obyektinə çevrilmişdirlər. Əsədov o xanımı əvvəl rəhbərlik etdiyi “Azərsu”dan gətirib və Milli Məclisdə hamı onu nüfuzlu biri olaraq tanıyır. O qədər nüfuzlu ki, bir sözü ilə Məclisdə çox məsələləri yoluna qoymaq imkanına malik idi. Lakin indi vəziyyət dəyişdi. Xanım Qafarova təyin olunanda bu məsələlər də nəzərə alındı. Hakimiyyət istəmir ki, kiminsə sevgilisinə, qeyri-rəsmi həyat yoldaşına “Parlamentin Birinci Ledisi” desinlər. İndi bu brendin sahibi Milli Məclisin Sədri xanım Qafarovadır.

Vəsiqəsi olmayan və seçkini uduzmuş deputat

9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd olarkən seçicilərlə görüşə Oqtay Əsədovun özü deyil, vəkilləri gəlib. Bu da həm sakinlər arasında həm də ki, Əsədovun öz vəkilləri arasında qıcıq yaradıb. Təbii ki, mərkəzə də məlumat mərüzə olunub. Özünü buraxmış keçmiş spiker digərlərindən fərqli olaraq, nə dairədə, nə seçicilərlə görüşdə, nə də heç olmasa görüntü xatirinə hansısa şəhidin, əlilin qapısını döyən yerdə görən var idi. Adam özü şəxsən, demək olar ki, heç bir kampaniya aparmadı və buna görə də seçkini uduzdu. Sanki camaatı özünə yaraşdırmır, elə bil əhalinin, “qara camaatın” arasına çıxsa, pencəyinə toz qonar. Bəs görəsən xalqa, seçicilərinə deməyə heçmi sözü yox idi? Bəlkə bütün işləri görüb, bütün vədləri yerinə yetirib də, camaatın bundan xəbəri yoxdur? Əgər varsa, niyə bunu özü şəxsən çıxıb söyləmədi? Əgər Oqtay Əsədov bu prosesə belə laqeyid münasibət göstəribsə, digər YAP-çıları necə qınayasan? Bir necə deputatla söhbətdə Əsədov Prezident ailəsinə istinad edib, onların “xəbərləri var” deyib, hal-buki bu yalandır, nə Prezidentin, nə də Vitse-Prezidentin Əsədovla heç bir kontaktı olmayıb. Əsədov deputatlığı uduzsa da belə, ona deputat mandatı faktiki olaraq bağışlandı. Hakimiyyətin ona yazığı gəldi. Lakin daha sonra Parlamentdə maraqlı hadisə oldu. Əsədov parlamentin birinci iclasında iştirak etməyib. Bu səbəbdən ona vəsiqə təqdim edilməyib. Bu hərəkətlə Əsədov Sədr Qafarovaya və bütün deputat korpusuna hörmətsizlik etdi.

Əsədovun xarici səfərləri

Redaksiyamıza daxil olan budəfəki məlumatlarda Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin müdiri yaşı 70 yaxınlaşan Rəşid İbrahimovun adı mərkəzi fiqur olaraq keçir.  O, spikerin dostu və şəriki kimi təqdim edilir. İddia olunur ki, onun bütün əməlləri dostu O.Əsədovun bilgisi və tapşırığı daxilində olub. R.İbrahimova məxsus kondisioner şirkəti Milli Məclisin yeni tikilən korpusunda da keyfiyyətsiz kondisioner sisteminin quraşdırılması “Azkont”a həvalə olunubmuş. İbrahimov bu maxinasiyadan milyonlar qazanıb. Təmiz korrupsiya faktıdır. Məmur öz təşkilatına öz malını satır. Təsəvvür edin, Milli Məclisin işlək vəziyyətdə olan və heç bir problemi olmayan kondisioner sistemi sökülüb və “Azkont” parlamentin bütün kondisioner sistemini yenidən qurub. Bu işlərdə külli miqdarda yeyinti olub. Dövlət büdcəsindən yeni korpus üçün vəsait faktiki olaraq mənimsənilib. İndi məlum olur ki, Əsədov külli miqdarda pul sildirib.

Əsədovun dövründə Milli Məclisdə maliyyə məsələlərinə R.İbrahimovun rəhbərlik edirdi, Milli Məclisin İşlər İdarəsinin bu prosesdən kənarlaşdırıldığı da gələn bilgilərin arasındadır. Bizə çatan məlumatlarda iddia olunur ki, R.İbrahimov vaxtilə yol verdiyi nöqsanlara görə baş nazir Artur Rəsizadə tərəfindən işdən azad edilibmiş. Rəşid İbrahimovun diplomatiyaya və beynəlxalq əlaqələrə heç bir aidiyyatı yoxdur. O, uzun müddət Baki kondisioner zavodunda çalışıb. Heç bir xarici dil də bilmir. Keçmiş spiker Murtuz Ələsgərov isə xarici səfərlərə ümumi reysin ”ekonom klas”ında gedib-gəlirmiş. Əsədovun vaxtında Milli Məclisə məxsus 11 maşın və sürücü Əsədovun ailəsinə, sevgilisinə, yaxınlarına, onların işlərini həyata keçirən şəxslərə xidmət edir. Bundan başqa, Əsədov xarici səfərləri zamanı yaxın dostlarını, sevgilisini da özü ilə aparırdı. Prezident Əliyev Əsədovun bu səfərlərini Milli Məclisdə çixiş zamanı üstü örtülü qeyd etdi. Bu xarici “ezamiyyətlərin” xalq auditi hələ qabaqdadır. Qafarova çox şeyi dəyişməlidir. Məsələn, çayxanadan və Parlamentdən söz-söhbətləri. Əsədov deputatların intriqaları ilə yaşayırdı, hamının arxasınca danışırdı. Adil Əliyevdən tutmuş öz “parta yoldaşı” Ziyafət Əsgərova gədər, yeni seçilmiş spiker Qafarovadan tutmuş Səməd Seyidova gədər. Onun üçün biri “çüşkadır”, obirisi “imkansız müəllimədir”, diqəri isə “axmaqdır”. Əsədovun bu intriqalarına görə ona münasibət bəllidir. Tariximizdə belə hörmətsiz gedən Parlament sədri hələ ki olmayıb.

Vəsifələr bazarı

Prezident Əliyev çıxışda korrupsiyanı da qeyd etdi. Təbii ki, ölkə rəhbərliyi də o zaman mətbuatda yazılan və Milli Məclisdə baş verən bu faktları bilirdi. Sosial şəbəkələrdə yayılan vəzifələrin o qiymət siyahısı yadınızdamı? Xüsusi səliqə və sıra qaydası ilə yazılmış bu qiymət siyahısını kim ötürmüşdü sosial şəbəkələrə görəsən? Deputat mandatının 1-2 milyon manat arasında dəyişdiyini boz kardinalın sevimli kadrı Gülər Əhmədovadan eşitmişdik. Parlamentdəki digər vəzifələrin qara bazar qiymətlərini də o siyahıdan öyrəndik. Bu qiymətlər 250 min AZN-lə 50 min AZN arasında dəyişirmiş. Daha yüksək vəzifələrin qiyməti daha yüksək, bir az aşağı pillədəkilərinki nisbətən ucuz. Məsələn, İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri 200 min AZN, baş məsləhətçi 100 min AZN, məsləhətçi 70 min AZN-dir. İnzibati və hərbi qanunvericilik, Sosial qanunvericilik, beynəlxalq münasibətlər şöbələrinin qiymətləri də təxminən eynidir. Bundan daha bahalı şöbələr də var. Məsələn, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, o cümlədən Vətəndaşların qəbulu və müraciətlərlə iş şöbəsinin sektor müdiri vəzifələri 250 min AZN-dir. Başqa şöbələrin vəzifə qiymətləri də təxminən bir-birinə yaxındır. Yəni, yeni sədr xanım Qafarovanın işi çoxdur ona görə ki, bu “striptiz” Məclisin reputasiyasını və kadrlarını düzəltmək asan iş olmayacaq.

Eldar Mahmudovun agenti

Cənab Əsədov illərlə deputatların ailələri və biznesləri haqqında məlumatları keçmiş MTN şefi Eldar Mahmudova ötürməklə məşğul olurmuş. O, çevrəsindəki bütün imkanlı şəxslərin, illərlə yaxınlıq etdiyi Qərbi Azərbaycanlı iş adamlarının adlarını bircə-bircə MTN şefinə çatdırırmış. Necə deyərlər, spiker keçmiş nazirin “A” ləqəbli yüksək etalonluq agenti imiş. Sabiq nazir kimin Milli Məclisə bahalı maşınla gəlib – getdiyini, kimin kiminlə yatıb-durduğunu məhz Əsədov vasitəsilə öyrənirmiş. Qısa vaxtda Milli Məclisdə xəbər daşıyanın kim olduğunu bilməyən qalmadı. Əslində, Eldar Mahmudova “dost” deyən spikerin dostluğu da, bir siyasi hiyləgərlik imiş. Demə, ortada bir siyasi sövdələşmə varmış. Çünki Mahmudov da spikerin arvadının Moskvadakı hoqqalarından, onun “Kapriz” striptiz – barından, bu barın əsas müştərilərinin ermənilər olduğundan xəbərdar imiş. O üzdən iki həpənd əl-ələ verib başqalarına torba tikə-tikə beləcə dolanıb gedirmişlər. Əsədov Mahmudovun  Prezidentə qarşı çevriliş planın bir hissədi idi. Amma ay keçdi, il dolandı, qorxu və maraq üzərində qurulan dostluq maskası düşdü. Ara qarışan kimi, o, iş birliyində olduğu Eldar Mahmudovu asanlıqla satıb aradan çıxdı. Spikerlik fəaliyyəti dövründə özündən aşağı məqamda oturan nazirə agentlik edən Əsədov da xasiyyətini dəyişə bilməz. Milli Məclis deputatların dedikləri görə, keçmiş spiker artıq çoxdan oturub-durduğu masalarda İlham Əliyevin qarasınca da deyinməyə başlayıb.

Ərdoğana qarşı zərbə və xaricdə milyonluq mülklər

Məlum oldu ki, bütün bu illər ərzində Əsədovun Məclisi FETO-cıların, Erqenekonçuların ocağına çevrilmişdir. C. Həsənlinin jurnalist araşdırması nəticəsində bəlli olmuşdur ki, məşhur erqenekonçu Ertekin striptiz-spikerin biznes şərikidir, onların milyonluq birgə zərgərlik, ticarət və tikinti bizneslərinin olduğu qeyd olunur, eyni zamanda qeyd olunur ki, Oqtay Əsədovun oğurluq pulları ilə Antalyadan tutmuş İzmira, Nişantaşıdakı ofislərə, Orta Köydəki evlərə və obyektlərə qədər səpələnən biznesləri var. Burada oxu: https://www.azadliq.info/232330.html

Əgər sənin mülkün yoxdursa çıx press-konfrans ver. Əgər xaricdə mülkün varsa onda izahatını ver. Hazlrda, keşmiş spiker Əsədovun ailə üzvləri Türkiyədə və Rusiyada nəhənq biznes imperiyalarını qurublar. Əsədov hazırki siyasi sistemə inanmır və investisiyaları xaricdə yatırmağa üstünlük verir. Deyilənlərə inansaq, Əsədov da oğurlaya bildiyi pulların əhəmiyyətli hissəsini Türkiyənin banklarında saxlayır. Avropanın diqər ölkələrində, Çexiyada, Monteneqroda, İtaliyada, hətta Kanar Adalarında çoxlu mülklər alıb. Spiker Qafarova belə qeyri-etik davranışa fikir verməli və diqər deputatlar arasında maarifləndirmə aparmalıdır ki, deputatlar və onların ailə üzvləri özlərini belə aparmamalı və belə skandallardan uzaq olmadırlar. Azərbaycan MM-nin deputatın Kanar adalarında nə işi var? Monteneqroda və Antalyada nə işi var?

“Özünü buraxmış” keçmiş spikerin ailə üzvləri də Parlamenti biyabır ediblər

Bu qanlı dram bütün Milli Məclisdə müzakirə olunurdu. Oqtay Əsədovun iki nəvəsi- Akif Məmmədov-Əsədov və Nərmin Məmmədova-Əsədova öz doğma analarından oğurlanıblar. Keçmiş spiker Əsədovun ailə üzvləri o uşaqları sap-sağlam anadan aldatma yolu ilə oğurlayıb aparıblar Türkiyəyə. Oğurlanma və “razborka” instrumenti isə Azərbaycan məhkəmələri oldu və keçmiş spiker Oqtay Əsədov məhkəmə qaydasında uşaqların rəsmi babası oldu. Amma uşaqların real anasına nə olur? Bax qanlı-qadalı Santa-Barbara məhz burada başlayır. Spikerin qızı onun ailəsini dağıdıb və onu analıq (!!!) hüququndan məhrum edib. “Sağ olsun” bizim məhkəmələr! Əlbəttə, bu prosesdə nə Eldar Mahmudov, nə də Akif Çovdarov iştirak ediblər. Bu, keçmiş striptiz-spikerin öz zövqü və öz fantaziyası idi. Bu inzibati fantaziya isə, razılaşın ki, dünyanın ən qeridə qalan Afrika dövlətlərində də baş vermir. Analığı məhrum olunmuş qadın haqda Prezident Əliyevə də mərüzə ediblər. Yeni sədr Qafarovaya bu imiji düzəltmək üçün nə gədər vaxt lazım olacaq?!

“Azərsu”da milyardlıq yeyinti

“Azərsu”nun rəhbəri Qorxmaz Hüseynov keçmiş sədr Nizaməddin Rzayevə vəzifə verdi. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Nizaməddin Rzayev 2015-ci ildə yenidən vaxtı ilə rəhbərlik etdiyi quruma qayıdıb. Nizaməddin Rzayev “Azərsu”da müşavir vəzifəsinə təyin edilib. Ölkə rəhbərliyi anladı ki, N.Rzayevin Azərsu-nun layihələrin çökməsində rolu yox idi, əsas günahkar məhz Əsədov idi. Bundan əlavə, Parlamentin “Striptiz” qalmaqalı xalqın gözünü açdı və innən belə xalqın gözü Qorxmaz Hüseynovda və onun ətrafında olacaq. Sual yaranır, əgər Azərsuyun keçmiş şefi dünyanın hər yerində biznes, mal-mülk alırsa onda “Azərsu”yun indiki şefində nələr var? Yəni, Əsədovun ətrafında söz-söhbətlər Qorxmaz Hüseynovun kabinetinə işarə edir… Əsədovun sayəsində, xalq auditi oranı da gözləyir…

“Striptiz” Məclis, Milli Məclis nə vaxtsa ola biləcək?

Yeni spikerimiz, xanım Qafarova 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. İki oğlu var, bir oğlu Mehriban Əliyevanın yanında çalışır. IV və V Çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olub. Qafarovanı ailənin seçimidir, Paşayevlər klanına ən loyal fiqurlardandır və onun əsas işi Parlamentin reputasiyası olmalıdır. Qafarova bunu anlamalıdır. Nəzərə alınmalıdır ki, xanım Qafarova düzgün istigamətdə hərəkət edir. Məsələn korovirusla mübarizəyə MM-nin mərkəzi aparatı qoşulub. Reformalar hələ qabaqdadır.

Xülasə, parlament maşını “yeni” qaydalarla yola düşür. Qafarova o məclisdə, sadəcə, bir sima dəyişikliyi deyil. Onun əsas rolu bundan ibarət olacaq ki, Əsədovdan sonra reputasiyanı təmizləsin. Xalq Milli Məclisə, “Striptiz” Məclis deyir və bunu düzəltmək üçün illər lazım olacaq. Kimsə Qafarovanın rəhbərliyi altında əsaslı dəyişikliklər olacağını düşünürsə, yanılır. Parlament həmin parlamentdir. Lakin reputasiya dəyişə bilər. Sual edək, xalq Parlamenti necə tanıyır? Pulla mandat alaraq deputat olanların parlamenti kimi. Mandatla toxunulmazlıq qazanıb, bu ad altında qanunsuz əməllər çevirənlərin parlamenti kimi. Ölkədəki bütün haqsızlıqlara, ədalətsizliklərə, saxtakarlıqlara şərik çıxanların parlamenti kimi. Bu yararsız adamların qara əməlləri sayəsində nüfuzu yerlə bir olmuş parlamentin üstündəki çirkabı indiki halda təmizləmək çətin iş olacaq. Bəzi deputatlar düşünür ki, həmin komandadan biri olan Qafarova bunu təmizləyə bilməz. Azərbaycan parlamentinin itmiş nüfuzunu yalnız şəffaf seçki nəticəsində formalaşmış komanda bərpa edə bilər. Lakin, Qafarovanın şansı bəlkə də var. Qərəzli olmayaq, gözləyək, baxaq hansı reformalar aparıldı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button