Loading...
Loading...
Dünya

Kerri: ‘Bu keçid dövründə başımızı itirməməliyik’

“Avropalı liderlər Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı aparılan danışıqlarda başlarını itirməməlidir”.

APA-nın AFP-yə istinadən verdiyi xəbər görə, bunu ABŞ dövlət katibi Con Kerri Brüsseldə Avropa İttifaqıNATO-nun rəhbərliyi ilə görüşündə deyib.

“Bu keçid dövründə biz başımızı itirməməliyik və düşünülmüş addımlar atmalıyıq. Biz bizi əvvəldən birləşdirən dəyər və maraqların qorunmasına nail olmalıyıq”, – deyə C. Kerri bildirib.

Qeyd edək ki, C. Kerri Brüsseldən Londona yola düşəcək və Böyük Britaniyanın istifasını elan etmiş baş naziri Devid Kemeron və xarici işlər naziri Filip Hammondla görüşəcək.

Gözdən qaçırmayın:  Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda
Back to top button