Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət Departamentinin katibi Con Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. ANS PRESS-in “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, iki ölkənin rəsmisi arasında telefon danışığı baş tutub. Danışığın detalları hələlik açıqlanmır. Söhbər zamanı Kerri və Lavrov Ukraynadakı münagişəni də müzakirə ediblər.
Loading...