2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Kerrinin müavini Azərbaycanda siyasi dustaqlardan danışdı

Tom Malinovski: “Xədicə İsmayıl və bir çox başqa siyasi dustaqlar hələ həbsxanadadırlarsa, deməli, biz hələ çox işləməliyik”

Dünən ABŞ-da Dövlət Katibinin müavini Tom Malinovskinin iştirakı ilə Qərb yarımkürəsində İnsan haqları üzrə dövlət Bürosunun fəaliyyəti ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə senator Kardin dövlət katibinin müavini Tom Malinovskiyə Azərbaycanla bağlı sual ünvanlayıb:

– Mən Azərbaycandakı facili duruma diqqətinizi çəkmək istəyirəm. Biz müşahidə edirik ki, orada hakimiyyət başqa cür düşününənlərə qarşı repressiyaları şiddətləndirib və siyasi dustaqların sayı artmaqdadır. Bunlardan biri də Azad Avropa radiosunun əməkdaşı Xədicə İsmayılova, hal- hazırda yeddi il yarım həbslə cəzalandırılaraq həbsxanaya göndərilib. Azərbaycanda bütün hüquq müdafiəçiləri onun həbsini siyasi motivli həbs elan ediblər. O, Azərbaycanda tüğyan edən korrupsiya haqqında yazırdı və bu həbs də onun bu fəaliyyəti ilə birbaşa bağlıdır. Siz deyə bilərsinizmi ki, onun azad edilməsi üçün bizim hansı diplomatik imkanlarımız var?

Saytların yığılması Saytlarin yigilmasi

Malinovski senatora belə cavab verib:

– Mən sizə deyə bilərəm ki, biz Xədicə İsmayılovanın azadlığa buraxılması üçün çağırışlar etmişik və bunu davam etdiririk. Biz bu işin bütün konkret detalları ilə bağlı məlumatlıyıq. Son həftələr ərzində biz insan haqları məsələsi ilə bağlı Azərbaycan hökumətilə intensiv danışıqlar aparırıq. Hesab edirəm ki, bu danışıqların nəticəsi olaraq Azərbaycanda bir sıra hüquq müdafiəçiləri, o cümlədən, İntiqam Əliyev, Rəsul Cəfərov və seçki monitorinq mərkəzinin direktoru Anar Məmmədli azadlığa buraxıldılar. Biz müşahidə edirik ki, Azərbaycan hakimiyyəti bu danışıqlara pozitiv cavablar verir. Amma əlbəttə, mən sizinlə razıyam ki, bunlar kifayət deyil və orada Xədicə İsmayılova və bir çox başqa siyasi məhbuslar həbsxanalarda qalmaqda davam edirlər. Eləcə də, Azərbaycanda ifadə və söz azadlığının genişləndirilməsinin Azərbaycan üçün faydalarına hökuməti inandırmağa davam edirik…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button