Loading...
Loading...
Dünya

Kerry Assad-a xəbərdarlıq edir

ABŞ Dövlət katibi John Kerry Suriyada zorakılığın artmasına baxmayaraq atəşkəs sazişinin əldə olunacağına nikbinlik bildirib. Mayın 3-də Cenevrədə danışan Kerry Suriya Prezidenti Bashar al-Assad-a xəbərdarlıq edib ki, razılaşmaya əməl etməsə, nəticələri ağır ola bilər.

Kerry Hələb şəhərində gedən döyüşlərə oxunub, xəstəxanaya zərbəni pisləyib. Onun sözlərinə görə, raketin üsyançıların nəzarətində olan ərazidən atıldığı görünür. Mayın 3-də Hələbin hökumətə aid hissəsində doğum evinə raket düşüb, azı 20 nəfər həlak olub.

Kerry deyib ki, hansı tərəfin törətməsindən asılı olmayaraq, Vaşinqton dinc sakinlərə qarşı zorakılığı qəbul etmir.

Gözdən qaçırmayın:  CanlıUkraynaya hücumun 6-cı günü
Back to top button