Now Reading:
Kiber hücum 150 ölkədə 200 min kompüterə zərər verib

Kiber hücum 150 ölkədə 200 min kompüterə zərər verib

Cümə günü törədilən beynəlxalq kiber hücum haqqında məlumat verən Avropa İttifaqı Polis Təşkilatının (Europol) rəhbəri Rob Veynvrayt bildirib ki, bu hücum 150 ölkədə 200 min kompüterə təsir eedib. İngiltərənin TV kanalı ITV-yə müsahibə verən Veynvrayt kiber hücumun əsasən iş yerlərində və bəzi hallarda da böyük şirkətlərdə olduğunu deyib.

O, hücumun indiyədək görünməmiş bir xarakterdə olduğunu, “ransomware” deyilən fidyə proqramları və “warm” deyilən soxulcan tipli kompüter viruslarının birləşdirilməsi ilə yaradıldığını bildirib.

Veynvrayt: “Hazırda getdikcə böyüyən bir təhlükə ilə üz-üzəyik. Hücuma məruz qalanların sayı artır. İnsanlar bazar ertəsi səhər işdə kompüterlərini açdıqdan sonra bu rəqəm daha da böyüyə bilər” deyib.

Hücumun kim tərəfindən həyata keçirdiyinin hələ bilinmədiyini qeyd edən Veynvrayt: “Bunun cinayətkar hücum olduğu açıq-aşkar ortadadır” söyləyib.

Xatırladaq ki, “Wannacry” adı verilən proqramın istifadə edildiyi hücumdan daha çox Rusiya, Ukrayna və Tayvan təsirə məruz qalıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.