Now Reading:
Kikboksinq üzrə dünya çempionu ölümlə nəticələnən avtomobil qəzası törədib

”Könüllü surətdə polisə təslim olub”

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yanvarın 25-də saat 1 radələrində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Qəzanı törədib hadisə yerindən qaçan Urxan Orucov kikboksinq və kunq-fu idman növlərində üç dəfə dünya, səkkiz dəfə Azərbaycan çempionudur.

“Facebook” sosial şəbəkəsində Səlim Zülfüqarovun iki övladının olduğun bildirir.

İdmançının məşqçisi, beynəlxalq dərəcəli Usta, “Respublikanın Əməkdar Məşqçisi” Asif Sayadov Goal.az saytına müsahibəsində bildirib ki, məlumat ictimaiyyətə düzgün çatdırılmayıb.

“İnsident gecə 1-2 radələrində Mərdəkan yolunda olub. Urxan Orucov idarə etdiyi avtomobillə işıqfora yaxınlaşanda içkili vəziyyətdə olan piyada qəfildən yola çıxıb. Yazırlar ki, guya Urxan qaçıb. Tamamilə yalan xəbərdir. Zərərçəkənə ilk tibbi yardımı Orucov məhz özü göstərib. İdmançı olduğundan kəllə-beyin travması zamanı nə etmək laızm olduğunu yaxşı bilir. Urxan təcili tibbi yardıma da özü zəng vurub. Axşam evə gedib, səhər saatlarında isə könüllü surətdə polisə təslim olub”, – A.Sayadov deyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.