Now Reading:
Kılıçdaroğlu: “Bu, saray çevrilişidir”

Kılıçdaroğlu: “Bu, saray çevrilişidir”

Respublika Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ölkədə “saray çevrilişi” baş verdiyini deyir.

O bildirib ki, baş nazir Əhməd Davudoğlunun istefasında məqsəd Rəcəb Tayyib Ərdoğanı daha güclü prezident etməkdir və bu, saray çevrilişidir.

Kılıçdaroğlu bildirib ki, buna hakim partiya daxilində problem kimi baxmaq olmaz, bu 64-cü hökumətə qarşı çevrilişdir və Davudoğlu istefayla buna zəmn yaradıb.

O deyib ki, bütün respublikaçılar, demokratlar və ziyalılar buna qarşı çıxmalıdır.

Qeyd edək ki, Əhməd Davudoğlu mayın 4-də hakim “Ədalət və İnkişaf Partiyası”nın liderliyi və baş nazirlikdən gedəcəyini bəyan edib.

Davudoğlu deyib ki, partiyanın qarşıdan gələn qurultayında bu vəzifələr uğrunda mübarizə aparmayacaq

Rəcəb Tayyib Ərdogan Türkiyədə prezident üsul-idarəsi qurmaq və buna görə konstitusiyanı dəyişmək fikrindədir.

Hazırda Türkiyədə parlament sistemidir. (azadliq.org)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.