2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kimə inanaq?

Natiq Güləhmədoğlu

O günlərdə hökumətin öz telejurnalisti rus nazirə Qarabağla bağlı bir sual verdi. Rusun xoşuna gəlmədiyi üçün həmin jurnalisti dərhal və hörmətsizcəsinə işdən qovdular. Bunu heç kim unutmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Belə bir şəraitdə ölkəmizdə fəaliyyət göstərən rus təbliğat maşını- “sputnik” saytı əcəb bir məqalə ilə (“Bizə atılan daşlardan bina tikəcəyik”) çıxış edib. Müəllif, Ülkər  Abdullayeva xanım yazıb ki, bəs deməzsizmi, biz bu sayt vasitəsi ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırırıq.

Lap başda verdiyim nümunə bariz formada göstərir ki, bizim jurnalistlər ( hökumətin təsir dairəsində olanlar) heç öz nəşrlərində, saytlarında, tv-lərində istəsələr belə Azərbaycan həqiqətlərindən bəhs edə bilməzlər. Bu cəsarətdə bulunanlara müqəddəs “tərk et” komandası verilir. Hansı sadəlövh inanar ki, Azərbaycan hakimiyyətinin qadağan elədiyi şeyi Putin rejimi bizimkilərə lütf edəcək?!

Məlum məqalə bir ecazkar məqamla da tanışlığıma vəsilə oldu. Bir də nə görsəm yaxşıdı? Müxəlif nəşrlərdə hökumətdaxili sirrli rusiyapərəst qüvvələri tənqid etməklə neçə-neçə meşə zolağının qırılıb səhraya dönməsinə səbəb olan mühərrir eyni şövqlə indi “Sputnik”də Qərb dairələrini asıb kəsir.

Və sonda… Azərbaycanlı müxbirin “Biz ölkəmizin həqiqətlərini “Sputnik” vasitəsilə dünyaya yayırıq” fikrinə, ən tutarlı cavab bü gün (29 may) prezident Makrondan gəldi. O həmkarı Putinlə görüşdən sonrakı brifinqdə eynən belə dedi: “Sputnik” yalan xəbərlər yaymaqla məşğuldur.
Bunu da əlavə edim ki, E. Makron hələ namizəd olarkən, adıçəkilən saytın qərəzli, birtərəfli və yalan məqalələrinə görə onu  öz seçki qərargahına buraxdırmamışdı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button