Now Reading:
“Kim ki, müxalifətin məmurlar tərəfindən maliyyələşdiyini iddia edir…”

“Kim ki, müxalifətin məmurlar tərəfindən maliyyələşdiyini iddia edir…”

Sülhəddin Əkbər: “Həmin şəxs lazımi sübutları da ortaya qoymalıdır”

 

Bu günlərdə bəzi media orqanlarında bir sıra müxalifət partiyalarının hakimiyyətdəki müxtəlif məmurlar tərəfindən maliyyələşməsi ilə bağlı informasiyalar yenidən aktuallaşıb.

Bu informasiyaların əsası varmı? Əgər yoxdursa, o zaman bu iddianın illərdir gündəmdə saxlanılması, ictimai rəyə ötürülməsi nə ilə bağlıdır?

24saat.org-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bu iddianı irəli sürən şəxsin hökmən gərəkli fakt və sübutları da ortaya qoymasının vacibliyini vurğuladı:

“Bu, elə bir iddiadır ki, bu iddianı irəli sürən şəxs gərək ortaya bir dəlil, sübut qoysun. Bu kimi olaylar, eləcə də rüşvət və korrupsiya gizli olur və iki şəxsin arasında baş verir. Bu barədə dəlil-sübut olmadan danışmaq qeyri-ciddi olardı. Çünki bu iddianı səsləndirən zaman hansı partiyadan, hansı  məmurdan söhbət getdiyi, görüşün nə zaman, harada reallaşdığı və s. ilə bağlı da faktlar ortaya qoymaq lazımdır. Bunu deyən konkret sübutlar təqdim etməlidir. Əks-təqdirdə deyilənlər qeyri-ciddi olur və dedi-qodu səviyyəsindən uzağa getmir. Hətta bəzi həqiqətlərin özünü də şübhə altına alır”.

 

Seymur Əliyev

 

Input your search keywords and press Enter.