2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Kimdən nə almışıq, kimə nə satmışıq – SİYAHI

2022-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 121 ölkəyə məhsul ixrac, 173 ölkədən idxal olunub.

Bu barədə Pressklub-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

İixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 56212,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 41672,2 milyon dollarını və ya 74,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14539,9 milyon dollarını (25,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 27132,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.

Saytların yığılması Saytlarin yigilmasi

2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb. 2022-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə 4,2 faiz artaraq 3047,7 milyon dollar təşkil edib.

Ölkənin xarici ticarət dövriyyəsinin 34,4 faizi İtaliya, 11,1 faizi Türkiyə, 7,0 faizi Rusiya, 4,1 faizi Çin, 3,6 faizi Hindistan, 3,3 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,4 faizi Almaniya, 2,1 faizi İspaniya, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Çexiya, 1,8 faizi Xorvatiya, 1,5 faizi Gürcüstan, 1,4 faizi Portuqaliya, 1,3 faizi İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan, Vyetnam və ABŞ, 14,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

The post Kimdən nə almışıq, kimə nə satmışıq – SİYAHI appeared first on 24 saat.

“24 saat “Kimdən nə almışıq, kimə nə satmışıq – SİYAHI” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button