Uncategorized

Kimdir günahkar?

Ruslan Qara

Ümumiyyətlə, həyatımda baş verən bütün hadisələrin məni daha yaxşı yerlərə  aparacağına həmişə inanmışam. Elə həbs olunmağımın da ilahi bir hikməti mütləq olmalı idi. Düzdür, itirdiklərim də oldu. Mən həbsdə olarkən əmim rəhmətə getdi. Halallaşa da bilmədik. Keçən ilin senyabrından bəri xüsusi diqqətlə, qayğı ilə bəslədiyim saçlarım… Anamn, dostlarımın, sevdiyim insanların, mənə rəğbəti olanların keçirdikləri əsəb və stress…

Amma mən bütün bunlara baxmayaraq, elə orada olmalı idim. Ən azından döyülərək üstünə 5 dənə məcburi iş qoyulmuş  o vətəndaşın mənim yardımıma azacıq da olsa, ehtiyacı var idi. Hələ narkotik aludəçisinə 16 üstü açılmamış oğurluq işinin  yüklənməsini həbs olunmasaydım bilməzdim. Hazırda sutkalıqda olanların 80 faizinin işsizlik səbəbindən, ailəsinə, övladına aliment verə bilmədiyi üçün həbs olunduğuna şahidlik etməli idim. Hər halda keçən il  sutkalıqda belə insanların sayı çox az idi. O insanların heç birinin siyasətlə yaxından-uzaqdan əlaqsəsi yoxdur. Amma aparılan bu anti-xalq siyasəti həmin insanların həyatına necə qarışıbsa, rahat nəfəs almaq imkanlarının olmamasına razı olublar. Bir tərəfdə 1milyon 600 min yeni açılmış iş yerlərinin olmasını hər çıxışında söyləyən hakimiyyət adamları, o biri  tərəfdə isə oğlunu 4 ildir görə bilmədiyi üçün oğurluq etməyə cəhd edən (bacarmayıb) ingilis dilində, rus dilində təmiz danışmağı bacaran, ali təhsilli bir ata düşünün. Yaxud, narkotik asılılığna görə həbs olunan adamlara narkotik satan, onun ölkəyə gətirilməsinə icazə verən hakimiyyəti… (Normal ölkələrdə belə insanlar qeydiyyata alınaraq dövlət hesabına müalicə olunur.) Bir tərəfdə şəxsi mənafelərinə görə, öz hakimiyyətini uzunömürlü etmək üçün 2,9 milyard dollar rüşvət verən hakim ailə, digər tərəfdə övladına 125 manat aliment verməyə gücü çatmayan ata…

İndi qiymət verməyi sizin vicdanınıza buraxıram. Kimdir günahkar?

24saat.org

Mənbə – azadliq.info

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button