2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

'Kimin qalib gələcəyini Əli Həsənov müəyyənləşdirirdi'

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KIVDF) Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev deyir ki, fonda faktiki rəhbərlik edən prezidentin keçmiş köməkçisi Əli Həsənov idi. Bu barədə o, noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən danışıb.

“Hər şey əvvəlcədən razılaşdırılırdı”

2014-cü ildən Fondda aparıcı məsləhətçi kimi işə başladığını deyən Mustafayevin sözlərinə görə, əvvəl ümumiyyətlə, Tender Komissiyası yox idi. Tələb qoyulandan sonra 2017-ci ildə komissiya formalaşdırıldı. Tender Komissiyasının tərkibi 5 nəfərdən ibarət olub ki, biri də Mustafayev idi:

Saytların yığılması Saytlarin yigilmasi

“Mən hələ o vaxt iclaslarda demişdim ki, işi elə aparaq ki, indi düşdüyümüz vəziyyətə düşməyək. Düzdür, tender qanunvericiliyinə əməl olunub. Məsələn, saytda elan verilib, başqa formal işlər görülüb. Yalan deyə bilmərəm ki, hər şey qaydasında olub, tender keçiriləndə zərflər açılıb, təkliflər araşdırılıb. Yəni hər şey əvvəlcədən razılaşdırılırdı, təsdiqlənmək üçün təqdim olunurdu. Fondun rəhbəri Vüqar Səfərli idi, lakin bilavasitə rəhbərliyi Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri (Əli Həsənov nəzərdə tutulur-red.) həyata keçirirdi”.

Mustafayevin sözlərinə görə, Fondun Müşahidə Şurasının iclaslarındakı müzakirələr də formal xarakter daşıyırdı. Çünki orada verilən qərarlar əvvəldən hazır olurdu.

“Üzvlərə imza atdırılırdı”

Bu şahidin dindirməsi noyabrın 25-də keçiriləcək növbəti məhkəmə iclasında da davam edəcək. Çünki o, istintaqa ifadəsində bir xeyli ciddi məsələlərə toxunub, tenderlərlə bağlı qərarların bir çox hallarda Əli Həsənovun göstərişiylə verildiyini deyib.

Mustafayev istintaqa ifadəsində deyib ki, Fondda bütün maliyyə işləri icraçı direktor Vüqar Səfərli və mühasib Təhminə Yaqubova arasında aparılırdı, buna nəzarəti isə Əli Həsənov həyata keçirirdi. Onun sözlərinə görə, layihələrin hansı şirkətə həvalə olunacağını Əli Həsənov müəyyənləşdirirdi. Ondan sonra formal olaraq, sənədlər hazırlanır, özü də daxil olmaqla, Tender Komissiyasının üzvlərinə həmin şirkətin seçilməsi barədə imza atdırılırdı.

Media nümayəndələri üçün Bibiheybətdə binaların inşasının məhz Əli Həsənova yaxın şirkət olduğuna görə “Portos” MMC-yə həvalə edildiyini də ifadəsində vurğulayıb.

Onun dediyinə görə, bina tikintisi kimi bir neçə milyonluq iri layihələrdən əlavə, hətta jurnalistlərin xarici səfərləri, ziyafətlərin keçirilməsi, inventarların hansı müəssisədən alınması kimi məsələlərdə də Əli Həsənov qərar verirdi:

“Tenderin qalibini qeyri-rəsmi Əli Həsənov müəyyənləşdirir, yekun sənəd hazırlanıb, Tender Komissiyasının üzvlərinə imza atdırılırdı”.

Xatırlatma

Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb.

2021-ci ilin yanvarında həbs olunan Səfərli və daha 10 nəfərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.

Səfərli və ailə üzvlərinin bir sıra daşınan və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. “Rabitəbank”da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb.

Medianın İnkişafı Agentliyi Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button