2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Kimliyi bilinməyən hacker blockchain şəbəkəsindən 625 milyon dollar vəsait oğurlayıb

    Kütləvi informasiya vasitələri baş vermiş bu hadisəni artıq mərkəzləşdirilmiş şəbəkələr sahəsinin ən böyük oğurluğu hesab edirlə Maraqlısı ondadır ki, blockchain şəbəkəsinin sahibləri baş vermiş oğurluq barəsində yalnız 1 həftədən sonra xəbər tutublar. Həmin müddət ərzində isə oğurlanmış vəsaitlər kənar elektron portmanata köçürülüb. Hacker tərəfindən kiberhücum Ronin adlı sidechain-ə (blockchain-in bir növüdür və bitcoin şəbəkəsindn öz üstünlükləri və funksiyaları ilə fərqlənir) edilib. Sözügedən sidechain isə öz növbəsində Axie Infinity adlı oyunda istifadə edilir. Hadisə 23 mart tarixində baş versə də sidechain sahibləri onun barəsində yalnız 29 mart tarixində xəbər veriblər. İstifadəçilərdən biri qeyd etmişdi ki, o, 5000 ədəd ETH-u (ethereum) kənar elektron portmanata köçürə bilmir. Məhz bundan sonra kiberhücum faktı aşkar edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

    Ümumilikdə isə hacker mövcud olan məzənnə üzrə 600 milyon dollar dəyərində 173.000 ETH və dollar ilə eyni məzənnə göstəricisinə sahib 25.5 milyon ədəd USDC tokeni oğurlayıb. Reallaşdırılmış kiberhücum çərçivəsində 9 ədəd validator (hansısa sənədi, məlumatlar axınını və ya kodun fraqmentini müəyyən formata uyğunluğu ilə hansısa sənədin və ya faylın sintaksis düzgünlüyünü yoxlayan kompüter proqramı) əsasında olan təhlükəsizliik sistemindən yan keçilib. Sidechain-dən istifadə üçün 5 açardan istifadə kifayət edib. Onlardan 4-ü Ronin sidechaininə sahib Sky Mavis adlı şirkətin məlumatlar bazasından, 1-i isə RPC (Remote Procedure Call) protokolu üzrə kənar resursdan əldə edilib.

    Sidechainin sahibləri bildiriblər ki, oğurlanmış vəsaitlərin böyük hissəsi kimliyi bilinməyən şəxsin elektron portmanatında yerləşir. Sky Mavis şirkətinin təmsilçiləri qeyd ediblər ki, onlar artıq bu məsələni hüquq-mühafizə orqanlarının köməkliyi ilə araşdırırlar və istifadəçilərin vəsaitlərinin itməməsi üçün əllərindən gələni edirlər. Onlar həmçinin qeyd ediblər ki, Anxie Infinity oyununun oyundaxili kriptovalyutası ilə NFT tokenləri oğurlanmayıb. Analitiklər bu oğurluğu mərkəzləşdirilmiş şəbəkələr sahəsinin ən böyük oğurluğu hesab edirlər. Daha öncəki rekord Poly Network şəbəkəsinin hack edilməsi zamanı əldə edilmişdi. Belə ki, Poly Network-un hack edilməsi çərçivəsində hacker 611 milyon dollar vəsait oğurlamışdı. Lakin daha sonra oğurlanmış vəsaitlər geri qaytarılmışdı.

24 saat” “Kimliyi bilinməyən hacker blockchain şəbəkəsindən 625 milyon dollar vəsait oğurlayıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button