Loading...
Loading...
SEÇMƏ

“Kinoda əvvəlki həyəcan yoxdur”

Yayımlandı: 29 İyun 2022 15:55

Vudi Allen kino karyerasını sonlandırır

Amerikalı rejssor Vudi Allen karyerasına son qoyacağını deyib.

Bildirib ki, bundan sonra yalnız bir-iki film çəkməyi planlaşdırır.

Filmlərdən birinin çəkilişləri bu il yayın sonu, payızın əvvəllərində Parisdə olacaq.

Hər iki filmin çəkilişləri yekunlaşandan sonra o, kinematoqrafiya ilə vidalaşacaq.

Onun sözlərinə görə, artıq kinoda əvvəlki həyəcan yoxdur.

Rejissor hələ pandemiyadan öncə ənənəvi teatr premyeraları zamanı çətinliklərlə üzləşdiyini etiraf edib.

Onun sözlərinə görə, əvvəllər filmlər uzun müddət kinoteatrlarda nümayiş etdirilirdi və ölkənin hər yerindən yüzlərlə insan kinoya baxmağa gəlirdi: “İndi isə film kinoteatrlarda bir neçə həftə yayımlandıqdan sonra internet üzərindən nümayişə keçilir. Bu da mənim xoşuma gəlmir”.

Rejissor qeyd edib ki, teatr üçün iki yeni pyes yazıb. Amma hələ ki onları Brodvey Teatrında səhnələşdirməyi düşünmür. Çünki kinoteatrlar kimi teatrlarda da vəziyyət ürəkaçan deyil:

“Mən cavan olanda insanlar teatrlara gedərdi. Teatr səhnəsi çox işıqlı olardı, bir-birinin ardınca maraqlı pyeslər göstərilərdi. İndi isə Brodvey Teatrı ticarət mərkəzinə çevrilib”.

Vudi Allen 1960-cı ildən 2010-cu illər ərzində əllidən çox filmin ssenari müəllifi və rejissoru olub.

1993-cü ildə Allenin keçmiş həyat yoldaşı Mia Ferrou və onların övladlığa götürdüyü qızı Dilan Ferrou rejissoru seksual təcavüzdə günahlandırıblar.

İddia olunub ki, rejissor Dilanın 7 yaşı olanda ona qarşı seksual hərəkətlər edib.

Həmin vaxt rejissora qarşı cinayət işi açılmayıb.

Dilan 2014-cü ildə yenidən məsələni gündəmə gətirib.

“The New York Times”da açıq məktub yazaraq, atalığının ona təcavüz etdiyini bildirib.

Bu da rejissorun karyerasına ciddi təsir edib.

Nəticədə Allen yeni film çəklişləri zamanı maneələrlə üzləşib. Bir neçə nəşriyyat isə onun memuarlarının çapından imtina edib.

Həmin hadisə ilə əlaqədar olaraq, 2022-ci ilin fevralında rejissorun sonuncu filmi “Rifkin’s Festival” Amerika kinoteatrlarında ən aşağı kassa toplayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 126-cı günü: yenilənən xəbərlər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button