Xəbərlər

“Kinosevərlər gecəsi”nin proqramı açıqlandı – Meydan.TV

Tədbir avqustun 2-də keçiriləcək

Hər il 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.

Pandemiya ilə əlaqədar ötən il bu günlə bağlı ənənəvi tədbir keçirilmədi.

Bu il həmin tarixdə saat 20:00-dan gecə 00:00-dək “Kinosevərlər gecəsi” keçiriləcək.

Tədbir “ YARAT” Müasir İncəsənət Məkanının qarşısında açıq havada olacaq.

Gecənin proqramına film festivallarında uğur qazanan milli filmlərin premyeraları daxil edilib.

Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Tədbirin proqramına daxil olan filmlərin siyahısını təqdim edirik:

“Olimpiya”, 2021, Azərbaycan, melodram, 67 dəq. Rejissor: Əli-Səttar Quliyev,

“Daxildəki ada”, 2020, Azərbaycan / Fransa, dram, 100 dəq. Rejissor: Rüfət Həsənov,

“Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq. Rejissor: Teymur Hacıyev,

“Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq. Rejissor: Teymur Qəmbərov.

Tədbir Mədəniyyət Nazirliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə reallaşacaq.


24 saat” “”Kinosevərlər gecəsi”nin proqramı açıqlandı – ” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button