SEÇMƏ

Kinotənqidçi: ““Invisible Republic” “Fulya” filmindәn daha yaxşıdır”

Yayımlandı: 19 Oktyabr 2022 15:39

Mədəniyyət Nazirliyi Ermənistanın iştirak etdiyi festivalları qeyri-ciddi adlandırıb

Oktyabrın 14-dən 23-dək Polşanın paytaxtında ənənəvi 38-ci Beynəlxalq Varşava Film Festivalı keçiriləcək.
Kinotənqidçi Hacı Səfərov festivalda gәnc kinotәnqidçilәrin әn yaxşı filmi müәyyәn etdiyi jüri heyәtində təmsil olunur.

O, bugünlərdə “Telegram” kanalında festival çərçivəsində İkinci Qarabağ müharibəsinə dair Ermənistan istehsalı olan “Invisible Republic” adlı sənədli filmlə bağlı fikirlərini paylaşıb:

“Film bir jurnalistin 44 günlük müharibə vaxtı başına gələnlər barədədir. Filmi görəndə, yadıma düşdü ki, azərbaycanlı müstəqil jurnalistləri nəinki döyüş bölgəsinə buraxmırdılar, hətta Gəncə bombalananda da çəkiliş aparmağa qoymurdular. Sən etməyəndə, başqaları necəsə edir. Filmin ilk nümayişi “Qızıl Ərik” Yerevan Beynəlxalq Film Festivalında olub. Varşavada da sənədli film yarışmasında göstəriləcək”.

Hacı Səfərov daha sonra qeyd edib ki, “Invisible Republic” “Fulya” filmindәn daha yaxşıdır.
“Әn azından tamaşaçını necә әlә keçirmәk olar, onu bilirlәr”, – tənqidçi deyib.

Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov isə məsələyə münasibət bildirərkən “Ermənistanın çəkdiyi bədii filmlərin iştirak etdiyi festivallar ciddi deyil”, – deyib.

O bildirib ki, əgər həmin filmlər A kateqoriyalı festivallarda iştirak etmirsə, onu ciddi iş kimi qəbul etmək olmaz:

“Ən yaxın zamanda nüfuzlu festivalda Vaqif Mustafayevin filmi nümayiş olunacaq”.

Hacı Səfərovun nazirlik rəsmisinə cavabı gecikməyib.

Tənqidçi Beynəlxalq Varşava Film Festivalının 1985-ci ildәn keçildiyini xatırladıb. Daha sonra isə festivalın önəmindən danışıb:

“Kaş bizdә dә belә qeyri-ciddi festivallar olaydı. Digәr tәrәfdәn, Mәdәniyyәt Nazirliyi bu ölkədə hansısa festival barәdә “qeyri-ciddidir”, – deyәcәk әn son qurumdur. Qurum illәrlә Şamil Әliyevin “Çölçü” filminin müxtәlif festivallarda mükafat aldığını bәh-bәhlә paylaşırdı. Heç onda “ciddilik”, “qeyri-ciddilik” yada düşmürdü. Halbuki, hәmin festivalların әksәriyyəti fiziki olaraq mövcud deyillәr. O cür festivallardan siz dә bir sayt açaraq keçirә bilәrsiniz”.

Tənqidçi daha sonra Azərbaycan kinosunun “Oskar” intriqalarına diqqət çəkib (Azərbaycan Kinematoqrafçılar İttifaqı və sonradan yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı arasındakı intriqalar nəzərdə tutulur):

“Adamlar Ermәnistan adı ilә film çәkiblәr, filmә beynәlxalq fondlardan dәstәk tapıblar. Filmin istehsal ölkәsi Artsax yazılsa, bәlkә onda nәsә edә bilәrlәr. Bu halda isә müşkül mәsәlәdir. Nümunә olaraq deyim ki, Nora Martirosyanın “Should the Wind Drop” filmi “Kann”da seçilmişdi, “Toronto” Beynəlxalq Film Festivalında da, hәtta Ermәnistanın “Oskar” mükafatına namizәd dә olmuşdu. Daxili intriqalara görә film göndәrmәdiyimiz “Oskar”a namizәddir. Filmdә hadisәlәr Xankәndidә keçirdi. Bizdәn etirazlar olmuşdu, amma heç nә olmamışdı. Çünki dünya başqa cür işlәyir. Әvvәlcә bunu başa düşmәk lazımdı. Qalanı düzәlәcәk”.

Gözdən qaçırmayın:  Estoniya parlamenti Rusiyanı terrorçu dövlət elan etdi

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button