2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Kinoteatrsız Azərbaycan kinosu

Yayımlandı: 24 Noyabr 2022 16:50

“Dövlət kino istehsal etməkdənsə, kino bazarı üçün satış formalaşdırsa yaxşıdır”

Hesablama Palatasının bugünlərdə yaydığı hesabatında bildirilirdi ki, dövlət sifarişi ilə çəkilən 39 film cəmi 1905 manat gəlir gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Səbəb kimi isə çəkilən filmlərin kinozallarda, televiziyalarda nümayişinin olmaması göstərilirdi.

Azərbaycanda kinotearların olmamasını nəzərə alsaq, çəkilən 39 filmin cəmi 1905 manat gəlir gətirməsi heç də təəccübləndirmir.

Hazırda Bakıda dövlət balansında yalnız bir kinoteatr var, o da “Nizami” Kino Mərkəzidir.

Digərləri – “Park Cinema” və “CinemaPlus” şirkətləri özəl şəbəkələrdir. Onlar da ancaq kommersiya xarakterli xarici filmlərin nümayişinə meyillidirlər. Bu kinozalların seanslarında nadir hallarda yerli filmlərə rast gəlmək olar.

Vaxtilə paytaxt Bakıda 16 kinoteatr fəaliyyət göstəririb. Onlar ümumilikdə 70 kinozaldan ibarət olub.

2006-cı ildən kinoteatrlar özəlləşdirilməyə verildikdən sonra onların əksəriyyəti keçmiş Mədəniyyət və Turizm Nazirliyinin balansından çıxarılaraq, sahibkarlar tərəfindən özəlləşdirilib.

Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə, onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə ediblər.

Avropa standartları 10 milyon əhali üçün 500 kinozalı nəzərdə tutur. Bu baxımdan ölkədəki kinozalların say etibarilə Avropa standartlarından geri qalır.

Ölkədə, daha doğrusu, paytaxtda dövlət kinoteatrlarının olmaması da birbaşa bilet qiymətlərinin bahalaşmasına təsir göstərir.

Kino mütəxəssisləri hesab edirlər ki, kinonun problemlərindən danışarkən, kinoteatrlar mövzusuna da toxunmaq lazımdır. Necə deyərlər, “kinoteatrsız kino olmaz”.

Orxan Mərdan. Foto: Vikipediya

Kinoprodüser Orxan Mərdan hesab edir ki, paytaxtla yanaşı, bölgələrdə də kinoteatrlar, kinozalları açılmalıdır.

Bu, bilet qiymətlərinin ucuzlaşması, filmdən əldə olunan gəlirin artması və eyni zamanda bölgə sakinlərinin istirahətinə vəsilədir:

“Dövlət kino istehsal etməkdənsə, kino bazarı üçün satış formalaşdırsa yaxşıdır. Kinonun inkişafı onda daha effektli olacaq. Yerli sahibkaları yeni kinotetar tikməyə həvəsləndirmək üçün onlara subsidiyalar, güzəştli vergilər tətbiq edilə bilər”.

Kinoşünas Aygün Aslanlı deyir ki, dövlət balansında olan kinoteatrların sayı artırılmalıdır. Həmçinin bu istiqamətdə tənzimləyici qanun olmalıdır:

“Azərbaycanda kinoda, teatrda və s. sahələrdə qiymətləri tənzimləyən heç bir qanun yoxdur. Özəl kino zalları da qiymətləri özləri tənzimləyir. Bunun üçün rəqabətli mühit yaradılmalıdır. Kinoteatrların sayı artırılmalıdır. Belə olan halda qiymətlər də münasib olacaq. Əgər dövlətin yeni dövrün şərtlərini – bazar iqtisadiyyatını, inflyasiyanı nəzərə alan qanunu olsaydı, qiymətləri tənzimləmək olardı”.

Aygün Aslanlı. Mənbə: AKİ

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda göstərilirib ki, dövlət şəbəkəsində saxlanılan kinoteatr binaları bərpa olunmalı, müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchiz edilməlidir.

Qanundan irəli gələn tələblər isə yerinə yetirilməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button