2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Kinoya ayrılan pulun  televiziyaya xərclənməsi absurddur”

Yayımlandı: 24 Oktyabr 2022 20:39

Seriala ayrılan vəsait film tənqidçilərinin narazılığına səbəb olub

Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bugünlərdə demişdi ki, İkinci Qarabağ müharibəsindən bəsh edəcək səkkiz seriyalı bədii filmin hər bölümün istehsalına 212 min dollar (360 min manatdan çox-red.) xərclənəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Halbuki, 2022-ci ilin iyulunda Dövlət satınalmalarının vahid internet portalında dövlət büdcəsindən layihəyə 1 milyon 700 min manat vəsait ayrılması haqda məlumat yerləşdirilmişdi.

Söhbət Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirkəti tərəfindən 2023-cü ilin martında çəkiləcək, şərti adı “Qarabağ Vətən müharibəsi” adlanacaq səkkiz seriyalı bədii filmdən gedir.

Rüfət Həsənovun dediyi kimi, əgər hər seriya 360 min manata başa gələcəksə, səkkiz bölüm 3 milyon manata yaxın xərc aparacaq.

Meydan TV-nin sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib ki, Dövlət satınalmalarının vahid internet portalında yerləşdiriləndə məbləğ dollar əvəzinə, manatla qeyd edilib:

“Seriala ayrılan vəsait 1 milyon 700 min manat yox, dollardır. Rüfət Həsənov brifinqdə söylədi ki, serialın bir bölümü 212 min dollara başa gələcək. Bu, doğrudur, serialın istehsalının ümumi məbləği 3 milyon manatdır”.

Azərbaycanda film çəkilişlərinə il ərzində aşağı-yuxarı 6-7 milyon manat arasında məsait ayrılır.

Serial çəkilişi üçün film büdcəsinin yarısının xərclənməsi kinematorqafçılar, film tənqidçilərinin narazılığına səbəb olub.

Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyev hesab edir ki, milli kinonun inkişafı üçün ayrılan pulun seriala xərclənməsi doğru addım deyil:

“2022-ci ildə milli kinomuzun inkişafına büdcədən ayrılan 6,5 milyon manatın bölgüsünün mənzərəsi axır ki aydınlaşdı. 3 milyon manat Türkiyə kinoşirkətinə – Qarabağla bağlı serialın çəkilişinə veriləcək. 1,5 milyon manat Bakı Media Mərkəzinə (BMM) Hacı Zeynalabidin Tağıyev haqqında bədii filmin istehsalına xərclənəcək. 1,5 milyon manat da “Azərbaycanfilm” kinostudiyasına sənədli filmlərin çəkilişi üçün ayrılacaq. Yarım milyon manat da təlimlər, müsabiqələr və s. üçün nəzərdə tutulub. Bölgünün hansı məntiqə əsasən və kim tərəfindən aparılmasından asılı olmayaraq deyim ki, bu, milli kinomuzun və sənətçilərimizin potensialının inkişafına yönəlməyib”.

Kinorejissor əlavə edib ki, dünya kino təcrübəsində dövlət hər hansı bir mövzu ilə bağlı xarici kino şirkətlərə sifariş verəndə, bunu öz sənətçilərinin və istehsalçılarının zərəri hesabına etmir:

“Öz sənətçilərinə nə qədər hörmətsizlik edəsən ki, belə bir qərar verəsən. Bu bölgü, bir daha göstərdi ki, kinomuzda heç nə dəyişməyib. Azərbaycan milli kinosunun faciəsi davam edir. Problemlər və suallar gündən-günə azalmaq əvəzinə artır. Ən birinci və vacib sual budur ki, kinomuzu idarə edən kimdir? Məmur? Siyasətçi? İqtisadçı? Maaliyyəçi? Sahibkar? Həvəskar? Yoxsa peşəkar? Əsas bu suala cavab tapmaqdır”.

Kinoşünas Aygün Aslanlı Meydan TV-yə deyir ki, mövzusundan asılı olmayaraq, kino istehsalına ayrılan vəsait başqa sahəyə xərclənməməlidir. Dövlət televiziyalara müəyyən vəsait ayırır və seriallar həmin pullarla çəkilməlidir:

“Dövlət televiziyaları – “İTV”, “AzTV” və hətta bəzi özəl kanallar da müəyyən miqdarda dövlətdən büdcə alırlar. Kinoya ayrılan pulun televiziyaya xərclənməsi absurddur. Sual yaranır: bəs televiziyaya ayrılan pullar hara xərclənir? Serialın büdcəsi çox ola bilər, bu normaldır. Xüsusən də nəzərə alsaq ki, “action” (döyüş) janrında serial çəkməyə çalışırlar. Eşitdiyimə görə, hazırda aktyorlara bununla bağlı ayrıca təlimlər keçirilir. Burada anormal olan kinoya ayrılan pulun televiziya məhsuluna sərf olunmasıdır”.

Kinoşünas deyir ki, serial lokal bir məhsuldur və yalnız azərbaycanlı tamaşaçılar üçün nəzərdə tutulub. 2022-ci ilin aprelində keçirilən “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsini xatırladan tənqidçi deyir ki, qaliblər üçün nəzərdə tutulmuş 300 min manat hələ də sahiblərinə çatmayıb.

O hesab edir ki, serial beynəlxalq yayım platformasında da nümayiş olunmayacaq:

“Belə olsaydı, tutalım, film “Netflix”də nümayiş üçün çəkilsəydi, bu qədər söz-söhbətin, narazılığın qarşısını almaq üçün əvvəlcədən bu haqda danışardılar. Görünür, 3 milyon manatlıq filmi yanız azərbaycanlılar izləyəcək”.

Mədəniyyət Nazirliyinin sözçüsü Nuridə Allahyarova isə deyilənlərlə razılaşmır.

Onun sözlərinə görə, serial həm yerli, həm də beynəlxalq auditoriya üçün nəzərdə tutulub.

2021-ci ilin iyulunda maliyyə naziri Samir Şərifov Milli Məclisdəki çıxışı zamanı demişdi ki, Mədəniyyət Nazirliyinə kinoların çəkilməsi ilə bağlı vəsait ayrılsa da, bu sahədə hər hansı mühüm dəyişikliklər yoxdur.

https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/niye-cekilen-filmlerin-budcesi-aciqlanmir/

“Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı ekran əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”, – nazir söyləmişdi.

Kinotənqidçilər də nazirin dediklərinin həqiqət olduğunu bildirmişdilər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button