2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Kirpi”lərin, qum torbalarının və ordunun qoruduğu yumor şəhəri – FOTOSESSİYA

Seymur Kazımov

2022-ci ilin fevralın 11-də Financial Times qəzeti yazırdı: “Rusiyanın Ukraynaya hücum edəcəyi tədqirdə Odessa əsas hədəflərdən biri olacaq”. Rusiya ordusu qəzetin haqlı olduğunu fevralın 24-də təsdiqlədi. Şəhər bütün günü raket hücumuna məruz qaldı. Həmin gün axşam saatlarında raketlərdən birinin şəhərin yaxınlığındakı hərbi hissəyə düşməsi nəticəsində 22 nəfər həlak oldu. 

Ukraynanın əsas liman şəhərlərindən olan Odessaya əvvəlcə sudan, daha sonra qurudan hücumlar başlandı. Hava hücumundan müdafiə sistemləri əsasən ilhaq edilmiş Krımdan atılan artilleriya və top atışlarının qarşısını alır. İkinci yol isə Odessadan 2 saatlıq məsafədə yerləşən Nikolayev şəhəridir ki, o da dəfələrlə Rusiya ordusunun bütün növ silahları ilə atəşə məruz qalıb. Müharibənin başlanmasından bir aydan artıq müddət keçməsinə baxmayaraq, Odessa sudan, havadan və qurudan ciddi şəkildə mühafizə olunur. Dəniz sahili və dənizin müəyyən hissəsinin minalandığı deyilir. 

Şəhərin daxilində həyat adi qaydada davam edir, amma axşam saat 8-dən sonra komendant saatı tətbiq olunur. Bu vaxtadək şəhərdə bütün obyektlər adi iş rejimində çalışır. Amma şəhərdaxili vəziyyət ciddi nəzarət altındadır. Ən strateji küçələr, dəniz kənarı, çimərliklər, inzibati binalar postlarla mühafizə olunur. Hər yerdə əsgərlər, polislər insanları və nəqliyyatı yoxlayır. Jurnalistlərin də fəaliyyətinə nəzarət olunur. “Təhlükəsizlik tədbirləri” əsas gətirilərək, müəyyən obyekt və postların foto və videoya çəkilməməsinə nəzarət edilir. Bəzən bu cür görüntüləri əldə etməyə müvəffəq olan media mənsublarının avadanlıqlarından həmin kadrlar silinir.

Saytların yığılması Saytlarin yigilmasi

Odessada küçə boyu ağır texnikanın hərəkətinə mane olacaq “kirpi”, tikanlı məftillər və bu kimi vasitələrə də rast gəlinir. Şəhər hər an döyüşə hazır vəziyyətə gətirilib. Vaxtilə insan qaynayan küçələri postlar, “kirpi”lər və qumla dolu kisələr doldurub. İnsanlar da bunların arası ilə hərəkət edir. 

Odessanın simvolu sayılan Dyuk De Rişelyenin dənizə baxan abidəsi büsbütün qum torbaları ilə əhatə olunub. Nəzər alsaq ki, bu, Odessada ilk dəfə – 1828-ci ildə ucaldılan abidədir, o zaman həssas münasibəti anlamaq çətin deyil. 

Pressklub.az əməkdaşının bir müddət öncə Odessadan lentə aldığı fotolar şəhərdəki vəziyyəti əyani təsvir edir.

#tdi_1 .td-doubleSlider-2 .td-item1 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/1-1-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item2 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/2-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item3 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/3-1-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item4 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/4-1-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item5 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/5-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item6 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/6-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item7 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/7-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item8 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/8-1-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item9 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/9-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item10 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/10-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item11 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/11-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item12 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/12-1-80×60.jpg) 0 0 no-repeat;
}
#tdi_1 .td-doubleSlider-2 .td-item13 {
background: url(https://pressklub/wp-content/uploads/2022/04/13-80×60.jpg) 0 0 no-repeat;
}

The post “Kirpi”lərin, qum torbalarının və ordunun qoruduğu yumor şəhəri – FOTOSESSİYA appeared first on 24 saat.

24 saat” ““Kirpi”lərin, qum torbalarının və ordunun qoruduğu yumor şəhəri – FOTOSESSİYA” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button