Loading...
Loading...
Ulduz falı

Kişilərin ən cazibədar özəllikləri – BÜRCLƏRƏ görə SİYAHI

Bəzən insanlar xarici görünüşlərində dəyişikliklər etmək üçün dəridən-qabıqdan çıxırlar. Lakin bəzi anadangəlmə xüsusiyyətlərimiz var ki, bu bizi qarşı cinsin gözündə cəlbedici etmək üçün yetərlidir.

Bürclərə görə kişilərin cəlbedici özəllikləri də fərqlidir.

24saat “bizim.media”ya istinadən bürclərin kişilərinin ən cəlbediri xüsusiyyətlərini təqdim edir:

Qoç

Qoçun kişi rəftarı var, bəziləri buna nifrət edir, bəziləri isə sevir. Bəzi qadınlarda “yumruqla masaya vuran”, onu qoruyan və daim qısqanan kişilərə simpatiya var və qoç kişiləri bu özəlliklərin daşıyıcısıdır. Qadınlar qoçun atletizmini və çətin xarakterini cəlbedici hesab edirlər.

Buğa

Buğa əyləncəlidir. Qaçaqaçı evmir, sırf sevgilisi istədiyi üçün hər şeyi etmir. Onlar iş və ailə həyatı arasında ciddi sərhəd qoymağı da yaxşı bacarırlar. O, öz həyatını zövqlə qurmaq istəyir və olduqca bacarıqlıdır. Qadınlar üçünsə həm zövqlü, həm də bacarıqlı Buğa çox cazibədar görünür.

Əkizlər

Əkizlər söhbətini dinləyən maraqlı və rəğbət dolu baxışlar varsa, şousunu edir, hərkəsi özünə heyran edir və bütün rəğbəti toplamağı bacarır. Onlar bunu hər cür mövzunu ən təsirli şəkildə təqdim etməklə, hər kəsin ağzına bir barmaq bal çalmaqla edirlər. Hər kəsi heyran etmək bacarığı əkizlərin ən cəlbedici xüsusiyyətidir!

Xərçəng

Qısamüddətli münasibətlərdən, kişi kobudluğundan, münasibətlərdəki laqeydlikdən yorulan qadınlar üçün Xərçəng əvəzsizsdir. Xüsusilə də yeni ayrılmış qadınlar üçün bu bürcün kişiləri olduqca cəlbedicidir. Qadınların diqqətini çəkən isə kişinin münasibətinə verdiyi dəyər və ayrıldıqdan sonra tutduğu yasdır. Xərçəngin ən cəlbedici tərəfi emosional kişi obrazıdır.

Şir

İnsanlar niyə geyimlərini, işlərini, davranışlarını nümayiş etdirir və təqdir olunmaq istəyirlər?

“Başqalarının fikirləri mənim üçün əhəmiyyət kəsb etmir” cümləsini quran insanlar da əslində bu cümləni bütün səmimiyyətləri ilə söyləmirlər. Və bir çox insan sevgilisinin onları təmsil etdiyini düşünür. Xüsusən də belə düşünənlər üçün Şir bürcünə aşiq olmamaq mümkün deyil. Çünki Şir bürcü hər kəsin bəyənəcəyi diqqətəlayiq auraya malikdir və yenə də onun ən cəlbedici xüsusiyyəti bu auradır.

Qız

Qız bürcünün ən cazibədar xüsusiyyəti işdən evə gəlib ayaqlarını divanda uzadan, corabını evin ortasına atan, səhər isə ütülü köynək istəyən kişilər kimi olmamalarıdır. Onlar həyat yoldaşlarını şəxsi qulluqçuları kimi görmürlər. Çünki qız bürcü öz həyatını idarə edir, heç kəsi öz xidmətinə məcbur etmir və çox təmizkardır. Onun nizamlı və mütəşəkkil bir insan olması, digərlərindən fərqli olaraq bu bürcün kişilərini daha cazibədar edir.

Əkizlər

Dəb məsləhətçisi, idman məşqçisi, həyat məsləhətçisi axtarırsınızsa tərəzi bürcü kişiləri sizin bu istəklərinizi qarşılaya bilər. İstəklərinizin yerinə yetirilməsini, gözünüzdə harmoniyanın görünməsini, avtomobilinizin qapısının açılmasını, paltosunuzun geydirilməsini istəyirsinizsə yenə də tərəziləri axtarmalısınız. Tərəzi bürcünün ən cazibədar xüsusiyyətiləri həmişə yaraşıqlı və baxımlı, ən əsası isə eleqant olmasıdır.

Əqrəb

Bürclər haqqında heç bir təsəvvürü olmayan insan belə əqrəb bürcünü eşidəndə onda maraq yaranır.  Əqrəb sirlərlə doludur. O əsrarəngiz görünüşü və cazibədarlığı ilə qarışıq effekt yaradır. Əqrəbin ən cəlbedici tərəfi əslində bu qaranlıq tərəfləridir. İnsanlar ən çox naməlumlara cəlb olunurlar, qorxduqca daha çox dərinə getmək və öyrənmək istəyirlər. Onların bilməsi lazım olan hər şey maraqdan qaynaqlanır.

Oxatan

Oxatan yüksək enerjisi və özü ilə gətirdiyi sevinclə daxil olduğu mühitdə dərhal seçilir. Hər kəs onunla dost olmaq istəyə bilər. Ancaq bəziləri fərqli bir burulğanın içinə çəkilir və birlikdə edə biləcəkləri çılğın, macəralı təcrübələrin xəyalını qurmağa başlayırlar. Oxatan bürcünün ən cazibədar xüsusiyyətləri; sizi güldürür və istər-istəməz macəraya dəvət edir.

Oğlaq

Karyera uğurları ilə seçilən, başını işdən qaldırmayaraq daima ciddi obraz yaradan oğlaqlar ciddi münasibətlər üçün əvəzolunmaz partnyorlardır. İş uğurları, əlində notbuku, əynində rəsmi geyimi ilə oğlaqlar artıq cəlbedicidirlər. Onların ən cazibədar özəlliyi də məhz ciddiyətləridir.

Dolça

Dolça xüsusilə imkansız qruplara, məzlum xalqlara, basdırılmış insani hisslərə, məzlum, sakitləşmiş insanlara qarşı biganə deyillər. Sosial sahədə hər cür ədalətsizliyə qarşı dururlar. Onun qabaqcıl məlumatlılığına əlavə olaraq, gözəl qurulmuş cümlələrdə özünü göstərən təsirli zəkası hər kəsin diqqətini çəkir. Sapioseksuallar üçün dolça kişisi əvəolunmaz partnyordur.

Balıqlar

Əgər söhbət romantikadan gedirsə, balıq kişiləri ilə heç bürcün nümayəndəsi rəqabət apara bilməz. Çünki onun içindəki incəsənət anlayışı və incə zövqləri hər kəsdən daha irəlidədir. Dərin baxışlar, ən məhəbbətli poetik sözlər, hədiyyə edilən çiçəklər balıq kişilərini xarakterizə edir. Balıqların ən cəlbedici xüsusiyyəti, dərinliyi ilə seçilən sehrli baxışlarıdır.

24saat

Ulduz falı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button