2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Kişilər başqa qadınlara niyə baxırlar?

Şotlandiyadakı Stirlinq Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır.

24saat.org  atv.az-a istinadən bildirir ki, “Daily Telegraph” qəzetinin yayımladığı araşdırmada qadınların əvvəlcədən tanıdıqları kişiləri, kişilərinsə ilk dəfə gördükləri qadınları daha cazibədar hesab etdikləri məlum olub. Bunun da ulu babalarımızın mümkün olduqca çox qadınla yataraq nəsil artırma istəyindən qaynaqlana biləcəyi vurğulanır. Qadınlarınsa uşaqlara baxa bilmə və etibarlı ər axtarma səbəbi ilə tanıdıqları kişilərə üstünlük verdikləri deyilir.

Araşdırmada kişi və qadın könüllülərə müxtəlif üzlər göstərilib və nə dərəcədə cazibədar hesab etdikləri soruşulub. Sonra isə əvvəldə göstərilən şəkillərə yeni şəkillər əlavə olunaraq bir daha qiymətləndirmələri istənilib. Kişi könüllülər sonradan əlavə olunan qadın üzlərini birinci verilənlərə nisbətən daha cəlbedici sayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Araşdırmada həmçinin könüllülərdən şəkildə gördükləri üzlərin həyat yoldaşlarının üzlərinə nə qədər bənzədikləri soruşulub. Kişilər arvadlarına ən az oxşayan üzləri ən cazibədar üzlər kimi qiymətləndiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button