2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Kissincer: “Rusiya işğal etdiyi bütün əraziləri geri qaytarmalıdır”

Yayımlandı: 25 İyul 2022 14:43

“Ukraynanın öz ərazilərindən imtinası danışıqların gündəmi olmamalıdır”

“Rusiya ilə gələcək mümkün danışıqlar prosesində Qərb və Ukrayna fevralın 24-dən sonra ələ keçirilən bütün ərazilərin qaytarılmasına çalışmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ZDF telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın öz ərazilərindən mümkün imtinası məsələsi Rusiya ilə danışıqların gündəmində olmamalıdır:

“Danışıqlar yalnız təcavüz qurbanları – Ukrayna rəhbərliyi və xalqı ilə tam əməkdaşlıq şəraitində davam edə bilər”.

O, bu yanaşmanı “vəziyyəti idarə etmək üçün yeganə mümkün əsas” sayıb:

“Ukrayna ərazisinin təslim olması bizim qəbul edə biləcəyimiz şərt ola bilməz. Rusiya müharibə başlayandan bəri işğal etdiyi bütün əraziləri geri qaytarmalıdır”.

May ayında Davosda Ümumdünya İqtisadi Forumunda çıxış edən H.Kissincer demişdi ki, Ukrayna və Rusiya arasında danışıqlarda bölücü xətt “keçmiş status-kvoya qayıdış” olmalıdır.

İyulun əvvəlində Kissincer “Time” nəşrinə verdiyi müsahibədə Ukraynanı öz ərazilərindən imtina etməyə çağırmadığını izah edərək sözlərinə aydınlıq gətirib.

“Mən demədim ki, ərazi verilsin. Mən, sadəcə, onu nəzərdə tuturdum ki, istənilən danışıqlarda onun ayrıca statusu olmalıdır. Mən Ukraynanın azadlığını və onun Avropadakı mühüm rolunu qeyd-şərtsiz dəstəkləyirəm”, – deyə Kissincer izah edib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button