Dünya
KİV: Bəşər Əsəd qüvvələrinə məxsus helikopter vurulub
Suriyanın Lazkiya bölgəsində Bəşşar Əsəd qüvvələrinə məxsus helikopter vurulub.
“Report” “Haber7″yə istinadən xəbər verir ki, bunu Suriyadakı mövcud rejimə qarşı silahlı müxalifətdə olan “Cebel Ekrad” Cəbhəsinin nümayəndəsi bildirib.
İnformasiyaya əsasən, suriyalı “Əhrar-u Şam” müxalifət qrupu onların mövqelərini bombardman etməyə hazırlaşan helikopteri vuraraq, rejimin nəzarət altında olan bölgəyə düşürdüklərini bildiriblər.