2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

KİVDF ləğv olunur?

Hakimiyyət maliyyə böhranının fəsadlarını azaltmaq üçün struktur dəyişikliyinə hazırlaşır. Bu barədə ölkə mediasında vaxtaşırı məlumatlar yayılır. Bəzi məlumatlara görə, Nazirlər Kabinetində ciddi struktur dəyişiklikləri aparılacaq, bir-birini təkrarlayan qurumlar ya birləşdiriləcək, ya da ləğv olunacaq. Başqa məlumatlarda Bakı Şəhər İcra Hakimiyyətinin də “daranacağı” iddia olunur. Belə məlumatların hakimiyyətə yaxınlığı ilə seçilən media orqanlarında da dərc olunur. Bu da xəbərlərin əsassız olmadığı qənaətini yaradır.
24saat.org-a daxil olan məlumatlarda iddia olunur ki, anti-böhran tədbirləri iqtidara yaxın olan KİV-lər, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutlarından da yan keçməyəcək. İllərlə hakimiyyətdən qidalanan lakin ictimai rəyə heç bir təsir imkanı olmayan mətbuat orqanlarına, siyasi partiyalara, vətəndaş cəmiyyəti institutlarına maliyyə yardımı dayandırıla bilər.
Bəzi iddialara görə, hətta Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun ləğv olunması da mümkündür. Onsuz da həmin fondun pul ayırdığı media orqanlarının çoxu üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmir. KİVDF-nin siyahısında elə qəzetlər var ki, hökumətin informasiya savaşına zərrə qədər müsbət təsiri yoxdur. Hakimiyyətin zirvəsində də artıq bunun fərqindədirlər. İddia olunur ki, birbaşa hakimiyyətdən qidalanan iri media orqanlarının rəhbərləri prezident İlham Əliyevə müraciət edərək dövlətin bu vaxta qədər KİV-lərə kifayət qədər dəstək verdiyini, artıq media orqanlarının yardımsız fəaliyyət göstərmək gücündə olduğunu ona görə də KİVDF-nin yardımına ehtiyac duymadıqlarını bəyan edə bilərlər. Bu halda artıq KİVDF-nin fəaliyyətinə də ehtiyac qalmayacaq. Bir daha vurğulayaq ki, bunlar sadəcə ehtimaldır. Nələrin baş verəcəyini zaman göstərəcək.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button