2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Kiyev ətrafında Ukrayna qoşunlarının irəlilədiyi xəbər verilir

Kievin şimal-qərb ətrafındakı əsas magistral yolda isə Ukrayna qüvvələri Rusiya qüvvələrini mühasirəyə almağa çalışırlar

Saytların yığılması Saytlarin yigilmasi

Moskva martın 25-də özünün Ukrayna müharibəsindəki ambisiyalarını azaltmasının işarəsini verib.

Reuters agentliyinin yazdığına görə Moskva Ukraynadakı “xüsusi əməliyyatının” birinci fazasının başa çatdığını və bundan sonra əsas diqqətin rusiyayönlü separatçıların nəzarətində olan ərazilərə yönəldiləcəyini bildirib.

Lakin bundan əvvəl Ukrayna qoşunlarının Rusiya qüvvələrini paytaxt Kiyevin ətraf qəsəbələrindən vurub çıxardığı xəbər verilib.

Ukraynaya təcavüzkar müdaxilənin başlanmasından bir aydan da çox vaxt keçməsinə baxmayaraq Rusiya qüvvələri Ukraynada bircə böyük şəhərə də nəzarəti ələ ala bilməyib.

Reuters yazır ki, prezident Volodimir Zelenskinin döyüşçülərinin qızğın müqaviməti ilə üzləşən Rusiya qoşunlarının hücumu Kiyev ətrafında dayandırılıb.

Rusiya qüvvələri ölkənin başqa yerlərində də əhəmiyyətli irəliləyişə nail ola bilməyiblər.

Rusiya qüvvələrinin məhz bu səbəblərdən Ukraynanın şəhər və kəndlərini havadan və artilleriyadan atəşə tutulmasını intensivləşdirdiyi bildirilir.

Ukraynanın 44 milyonluq əhalisinin dörddə biri bombardmanlara görə evindən didərgin düşüb.

Britaniya kəşfiyyatının məlumatı

Britaniya kəşfiyyatının hesabatında deyilir ki, Kiyev yaxınlığında cəbhə xətlərində hərəkət donub.

Paytaxtın şimal-qərb və şərq həndəvərlərində Rusiyanın iki əsas zirehli texnika karvanı dalana dirənib və Ukrayna qüvvələri əks-həmlə ilə Rusiya qüvvələrini Kiyevdən şərqə doğru geri oturdub:

“Ukraynanın əks-hücumları və Rusiya qüvvələrinin geri çəkilməsi və təchizat xətlərinin həddən artıq uzunluğu Ukrayna qoşunlarının Kiyevdən 35 kilometr şərqdəki şəhər və müdafiə mövqelərini ələ keçirməsinə imkan verib”.

Reuters yazır ki, Rusiya Müdafiə Nazirliyinin yeni bəyanatından hədəflərin məhdudlaşdırıldığı, əməliyyatın əsasən başa çatdığı və Rusiya qüvvələrinin bundan sonra Donbas regionunun “azad edilməsinə” yönəldiləcəyi anlaşılır.

Rusiya silahlı qüvvələri baş qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rutskoy belə bəyanat verib:

“Ukrayna Silahlı Qüvvələrinin hücum potensialı nəzərəçarpacaq dərəcədə azalıb…və bu, bizə diqqəti əsas məqsədimizə – Donbasın azad olunmasına yönəltmək imkanı verir”.

Moskvadakı diplomatik mənbələrdən biri bildirib ki, bu bəyanat Rusiyanın Ukraynadakı hücumunun mümkün tükənməsinin prelüdü kimi səslənir:

“Onların müharibə hədəfləri Donbasdan daha geniş idi və daha genişdir və qoşunların müxtəlif cəbhələrdə hücumlarının lazımınca koordinasiya edilməməsi qüvvələrin parçalanması ilə nəticələnib”.

Ukraynalılar döyüş meydanı hazırlayır

Kiyevin şərq ətrafındakı Borispol şəhərinin meri Volodimir Borısenko deyib ki, bu ərazidəki 20 min əhali evakuasiya edilir.

24 saat” “
Kiyev ətrafında Ukrayna qoşunlarının irəlilədiyi xəbər verilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button