Loading...
Loading...
Siyasət

Kiyev Avropaya: Sizə Ukraynanın qələbəsi lazımdır, yoxsa atəşkəs?

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba: “Ukraynaya ona qarşı bu tammiqyaslı müharibədən sağ çıxması üçün kömək edirlər, yoxsa işğalçı ölkə üzərində qələbə çalması üçün?”
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Davosda etdiyi çıxışında Qərbi mövqeyini qəti müəyyənləşdirməyə çağırıb: “Ukraynaya ona qarşı bu tammiqyaslı müharibədən sağ çıxması üçün kömək edirlər, yoxsa işğalçı ölkə üzərində qələbə çalması üçün?”
Onun sözlərinə görə cavab ikincidirsə, bu halda Rusiyanın ixracatını “öldürmək” lazımdır:
“Qərb bu ideyanı qəbul etməlidir ki, müharibənin nəticəsi Ukraynanın qələbəsi olmalıdır. Hətta ən yaxşı dostlarımız da bizə kömək edə-edə, tərəddüd keçirirlər: Bu köməyin nəticəsi nə olacaq? Ukrayna məğlub olmasın, yoxsa Rusiya dayandırılsın. Ukrayna qalib gəlməlidir”.
Kuleba deyib ki, “hazırda işğalçıların büdcəsi enerji daşıyıcılarının çox yüksək qiymətlərinə görə mənfəətdədir, onların lideri isə maliyyə təhlükəsizlyi və dövlətinin sabitliyi məsələsində özünü çox arxayın hiss edir”.
Ukrayna xarici işlər naziri Qərbin belə yanaşmasından, Rusiyanın hərb maşınına neft və qaz üçün valyuta verməsindən, Ukraynaya bu müharibədə qələbə üçün Amerika istehsalı Reaktiv Yaylım Atəş Sistemi verib-verməmək müzakirəsi açmaq yanaşmasından narazılıq ifadə edib.
Bu müzakirədə iştirak edən prezident Volodimir Zelenski “Ukraynaya bu müharibədə Qərbdən nə lazımdır” sualının cavabında deyib:
“Qərbin Rusiyadan qat-qat güclü olmasına inam və birlik. Bizim Ukraynada gücümüz adamların birliyindədir. Bu, müharibənin əvvəllərində bizim ən güclü silahımız idi. Amma biz bunu indi hiss etmirik”.

İtaliya və Macarıstanın ixtilafçı mövqeyi
Bu arada Reuters yazır ki, İtaliya və Macarıstan Avropa İttifaqını Ukraynada atəşkəsə və Rusiya ilə sülh danışıqlarına çağırırblar.
Bu, Rusiyaya qarşı barışmaz mövqe tutan Aİ ölkələrinin mövqeyindən kəskin fərqlənir.
Reuters yazır ki, Avropa İttifaqının 30-31 may sammiti üçün hələ mayın 19-da hazırlanmış bəyanatda “Ukraynaya Rusiyanın təcavüzünə qarşı özünümüdafiə haqqından istifadə edə bilməsi üçün sarsılmaz dəstək” vəd olunur. Bəyanat layihəsində “sülh danışıqlarından” heç nə deyilmir.
Reuters yazır ki, Avropa İttifaqı səfirlərinin ötən həftə keçirilən iclasında İtaliya səfiri mətnin layihəsinə dəyişklik edilməsini və mətnə Aİ-nin ilkin məqsədlərindən birinin də dərhal atəşkəs olması barədə müddəanın əlavə olunmasını təklif etmişdi.
Agentlik əlavə edir ki, İtaliyanın bu təklifi Macarıstan və Kipr tərəfindən dəstəklənmişdi.

Ursula von der Leyenin qəti mövqeyi
Macarıstan Rusiya neftinə tam embarqo qoyulmasına, Kipr isə rusiyalılara vətəndaşlıq satılmasına qadağana qarşı çıxış edirlər.
Lakin Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mayın 24-də Davosda etdiyi çıxışında Rusiyaya qarşı barışmaz mövqe tutub və sülh danışıqlarından heç nə deməyib:
“Ukrayna bu müharibədə qalib gəlməlidir və Putinin təcavüzü onun strateji iflasına çevrilməlidir”.
Reuters bildirir ki, onun gördüyü son mətn layihəsində “Ukraynanın öz ərazi bütövlüyünü və suverenliyini müdafiə etməsinə Avropa İttifaqının sadiq qalması” vurğulanır.
Reuters bildirir ki, onun gördüyü son mətn layihəsində “Ukraynanın öz ərazi bütövlüyünü və suverenliyini müdafiə etməsinə Avropa İttifaqının sadiq qalması” vurğulanır.

Gözdən qaçırmayın:  Rusiya canlı qüvvə itkisinin yerini belə dolduracaq?

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba

24 saat” “
Kiyev Avropaya: Sizə Ukraynanın qələbəsi lazımdır, yoxsa atəşkəs?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button