2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kiyev Rusiya ərazisinə müdaxilə xəbərini ‘provokasiya’ adlandırıb (Video)

Ukrayna prezidenti Volodimir Zelenskinin müşavirlərindən Mixaylo Podolyak Ukrayna təxribatçı qrupunun Rusiya ərazisinə daxil olmasına və girovlar götürməsinə dair xəbəri Rusiya rəsmilərinin “klassik və qərəzli provokasiyası” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya mediaları Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadla martın 2-də xəbər veriblər ki, Kremlin “Ukrayna terrorçuları” adlandırdığı qrup Rusiyanın Bryansk vilayəti ərazisinə daxil olaraq bir neçə kəndə hücum edib və hücum zamanı girovlar götürülüb.

Ərazidə döyüşlərin getdiyi də xəbər verilirdi.

Lakin Ukrayna prezident administrasiyasının əsas müşavirlərindən Mixaylo Podolyak Twitter-də yazıb ki, Rusiya “saxta hücum hadisəsi” yaratmaqla özünün Ukraynaya qarşı təcavüzünü əsaslandırmağa çalışır:

“Rusiya Federasiyasında Ukraynanın təxribat qrupunun olması barədə uydurma klassik və qərəzli provokasiyadır. Rusiya öz əhalisi qarşısında başqa bir ölkəyə hücum etməsinə və bu müharibəyə görə artan yoxsulluğa haqq qazandırmağa çalışır. Rusiyada partizan hərəkatı güclənir və daha aqressiv olur”.

Bundan bir neçə gün əvvəl Rusiya Ukraynanı onun ərazisinə dron zərbələri endirmək cəhdində ittiham etmişdi.

Kiyev Rusiya ərazisinə heç bir zərbə endirmədiyini bəyan etsə də, bildirir ki, ona qarşı müharibə aparan bir ölkəyə cavab vermək haqqına sahibdir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, vəziyyət barədə prezident Vladimir Putinə müntəzəm məlumatlar verilir və o martın 3-də bununla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirməyi planlaşdırır.

Rusiya kütləvi-informasiya vasitələri və teleqram kanalları Bryansk vilayətində Ukrayna ilə həmsərhəd iki kənddə – Lyubeçane və Suşanıda döyüşlərin getdiyini xəbər veriblər.

Rusiya Könüllü Korpusu

Daha sonra sosial media platformalarında Bryansk vilayətinin Lyubeçane kəndində, yerli poçt və feldşer-mama məntəqəsinin qarşısında çəkildiyi bildirilən videolar yerləşdirilib.

Bu videolarda kamuflyaj geyimli adamlar Rusiya Könüllü Korpusunun (RKK) döyüşçüləri olduqlarını iddia edirlər.

Onlar bildirirlər ki, Rusiya Federasiyası ərazisinə “doğma torpağı azad etmək” üçün keçiblər.

Bu adamlar Vladimir Putin rejiminə qarşı mübarizə apardıqlarını və yerli əhali ilə vuruşmadıqlarını deyirlər.

Bəzi iddialara görə Rusiya Könüllü Korpusu Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq legionunun tərkibində rusiyalı mühacirlərdən ibarət birləşmədir.

Ukraynanın Babel saytı yazır ki, videodakılardan biri Ukraynanın tərəfində Rusiyaya qarşı döyüşən rusiyalı Denis Nikitindir.

RKK-nın adı çəkilməyən bir döyüşçüsü “Важные истории” saytına deyib ki, sözü gedən əməliyyatda 45 nəfər iştirak edib:

“Əraziyə daxil olduq, iki PDM-lə (piyadaların döyüş maşını) pusqu qurduq. Mən hadisə zamanı zərər çəkmiş uşaq görmədim. Amma bir yaralı sərhədçi var idi. Heç bir girov götürməmişik”.

24 saat” “
Kiyev Rusiya ərazisinə müdaxilə xəbərini ‘provokasiya’ adlandırıb (Video)
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button