2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Kiyev: “Rusiya Donetsk vilayətində bütün cəbhə xəttini atəşə tutub”

Yayımlandı: 9 Dekabr 2022 15:55

Hazırda Baxmut və Avdiivka şəhərləri yaxınlığında şiddətli döyüşlərin getdiyi bildirilir

Ukrayna hökuməti Rusiyanın şərq cəbhəsini atəşə tutduğunu açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edilir ki, buna səbəb müharibənin məqsədlərinin dəyişməsidir.

“Rusiya qüvvələri Ukraynanın şərqindəki Donetsk vilayətində bütün cəbhə xəttini atəşə tutub”, – Ukrayna rəsmiləri bildirir.

“Reuters” yazır ki, bu, Kremlin iddia etdiyi ərazilərin yalnız böyük hissəsini təmin etmək niyyətinin bir hissəsi kimi görünür.

Regionun qubernatoru Pavlo Kyrylenko televiziyaya müsahibəsində deyib ki, hazırda ən şiddətli döyüşlər Baxmut və Avdiivka şəhərləri yaxınlığında gedir.

O, dekabrın 9-da səhər saatlarında Donetskin Ukraynanın nəzarətində olan bölgələrində 5 mülki şəxsin həlak olduğunu və iki nəfərin isə yaralandığını bildirib.

Prezident Vladimir Putin isə bu arada Qərbi Ukraynadan Rusiyaya qarşı “top yemi” kimi istifadə etməkdə ittiham edib.

O bildirib ki, Qərbin qlobal dominantlığını saxlamaq istəyi münaqişə risklərini daha da artırır:

“Onlar qəsdən xaosu artırır və beynəlxalq vəziyyəti gərginləşdirirlər”.

“Bütün cəbhə xətti atəşə tutulur”, – deyən Pavlo Kyrylenko isə həmçinin qeyd edib ki, rus qoşunları noyabrda Ukrayna qüvvələri tərəfindən geri alınan Lyman yaxınlığında irəliləməyə çalışır.

Onun fikrincə, bu da Rusiyanın son bir neçə ayda döyüş meydanında keçirdiyi çoxsaylı uğursuzluqlardan biridir.

“Baxmutda və Donetsk vilayətinin Luqansk vilayətinə qonşu olan digər bölgələrində Ukrayna qüvvələri raket atəşləri ilə cavab verib”, – “Reuters”ə danışan şahid bildirib.

Ukrayna Prezidentinin müşaviri Oleksiy Arestoviç video paylaşımında qeyd edib:

“Ruslar Donetsk və Luqanskda səylərini gücləndiriblər. Onlar indi hücum əməliyyatları keçirməyə cəhdin çox aktiv fazasındadırlar. Biz heç bir yerdə irəliləmirik, düşmənin piyada qoşunlarını və texnikasını izləyir, irəliləməyə cəhd etdikləri yerləri vururuq”.

Rusiyanın Ukraynaya hücumu bu il fevralın sonunda başlayıb.

Rusiya sentyabrda açıqlayıb ki, fevralın 24-dən bu yana 6 minə yaxın əsgərinin öldüyünü bildirib.

Ukrayna isə dekabrın 2-də 10 mindən çox əsgərinin həlak olduğunu açıqlayıb.

Beynəlxalq insan hüquqları təşkilatları isə rəqəmlərin gizlədildiyini düşünür. Məsələn, BMT-nin İnsan Haqları Komitəsi müharibədə 6,655 mülki şəxsin öldürüldüyünü və 10,368 nəfərin yaralandığını qeyd edib.

Onu da bildirib ki, bu say yalnız təsdiq etdiyi itkiləri əhatə edir və çox güman ki, faktiki ölənlərin sayı daha çoxdur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button