Loading...
Loading...
SEÇMƏ

Kiyevdə Bulqakovun muzeyi bağlana bilər

Yayımlandı: 1 Sentyabr 2022 16:27

Yazıçı Ukraynaya nifrət etməkdə ittiham edilib

Ukrayna Milli Yazıçılar İttifaqı Kiyevdə rus yazıçısı Mixail Bulqakovun muzeyinin bağlanması təşəbbüsü ilə çıxış ediblər.

İttifaq onun əvəzinə ukraynalı bəstəkar Aleksandr Koşitsin muzeyinin açılmasının tərəfdarıdır.

“Ukraynaya nifrət edən və əsərlərində onu ləkələyən rus yazıçısı Mixail Bulqakovun Kiyevdə muzeyinin fəaliyyət göstərməsinin yolverilməz olduğunu bəyan edirik”, – ittifaqın məlumatında bildirilib.

Qeyd olunub ki, ukraynalı bəstəkar Koşitsin 1906-cı ilə qədər elə həmin evdə yaşadığı üçün muzey onun adını daşımaldır.

Bulqakov muzeyinin direktoru Lüdmila Qubianuri məsələyə etirazını bildirib.

“Məncə, Yazıçılar İttifaqı bütün silahlarından istifadə etməyib. Onlar muzeyin bağlanmasından öncə Bulqakovun Yazıçılar İttifaqından çıxarılması və antisovet fəaliyyətinə görə vətəndaşlıqdan məhrum edilməsi təşəbbüsü ilə çıxış etməlidirlər”, – deyə muzey direktoru deyib.

Kiyevdəki Bulqakov Ədəbi Memorial Muzeyi dünyanın iyirmi ən yaxşı ədəbi muzeyindən biri kimi tanınır.

Bulqakov 1891-ci ildə Kiyevdə doğulub.

Onun şah əsəri “Master və Marqarita” romanı hesab edilir.

O, əsər üzərində 12 il işləyib.

Əsər Bulqakovun ölümündən sonra nəşr edilib.

2022-ci il fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar siyasət və iqtisadiyyatdan mədəniyyət və ədəbiyyat sahəsinə də keçib.

Meydan TV

Gözdən qaçırmayın:  Eldar Mahmudovun evinin qarşısında etiraz aksiyası

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button