2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kiyevin oliqarxın güzəşt çağırışına cavabı: “Bu, siyasi intihardır!”

Ukrayna prezident administrasiyası başçısının müavini Konstantin Yeliseyevin “Wall Street Journal”da Kiyevi Donbas münaqişəsində güzəştlərə çağıran Ukrayna milyarderi Viktor Pinçuka rəsmi cavabı dərc edilib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, məqalə Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

Yeliseyevin sözlərinə görə, Kiyev Donbasda yalnız Ukrayna qanunları və ATƏT standartlarına əsaslanan yerli seçkilərin keçirilməsini dəstəkləyir. Onun sözlərinə görə, Ukrayna tərəfindən bu ərazilərlə heç bir ticarət olmayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, administrasiya rəsmisi Avropa və avroatlantik inteqrasiyadan imtina barədə çağırışı rədd edib. Konstantin Yeliseyev avroatlantik inteqrasiyadan imtinanı “siyasi intihar” adlandırıb.

Xatırladaq ki, Viktor Pinçuk Ukraynanın sülhə görə Rusiya tərəfindən zəbt edilmiş Krımı qurban verməli, həmçinin Donbasda münaqişənin dondurulmasına razılaşmalı olduğunu bildirib.

O, Ukraynaya bir sıra ağrılı güzəştlərlə razılaşmağı təklif edib. Oliqarx hesab edir ki, 15-20 il sonra Ukraynada iqtisadi artım kifayət qədər olacaq, ölkənin sosial müdafiə və maliyyə sistemi yaxşılaşacaq, nəticədə Krımda hər bir insan Ukraynada yaşamaq istəyəcək:

“Vaxtilə Şərqi Almaniyanın sakinləri də Qərbi Almaniyanın bir hissəsi olmaq istədilər”.

Oliqarx həmçinin Ukraynaya NATO-a üzvlük məsələsinin üstündən xətt çəkməyi təklif edir:

“Gəlin, etiraf edək ki, Ukrayna qısa, yaxud da orta müddətli perspektivdə NATO-ya daxil olmayacaq. Bu, görünməmiş miqyasda beynəlxalq böhrana gətirib çıxara bilərdi”.

Onun sözlərinə görə, ABŞ-ın yeni prezident administrasiyası Rusiya barəsində siyasəti dəyişdirəcək və nəticədə Avropada Moskva ilə danışıqlar aparmağa hazır olan liderlər hakimiyyətə gələ bilərlər. Buna görə də milyarder hesab edir ki, Ukraynanın özü güzəştlərə hazır olmağa məcburdur.

Bununla belə, Pinçuk qeyd edir ki, Ukraynaya Qərbin ölkələrindən təhlükəsizlik zəmanətləri lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button