2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Klinton Trampı təhqir etdi:“Bu həyasıza nüvə silahını necə etibar etmək olar?”

“Tvitter sosial şəbəkəsində bir mesajla özündən çıxan bir şəxsə nüvə silahını tapşırmaq olmaz”.

Strateq.az CNN-ə istinadən bildirir ki, bu sözləri Demokrat Partiyasının prezidentliyə namizədi Hillari Klinton respublikaçı rəqibi Donald Trampla bağlı növbəti tənqidi çıxışında deyib.

Hillari Klinton ABŞ-ın vitse-prezidenti Co Baydenin də iştirak etdiyi Pensilvaniya ştatının Skranton şəhərindəki ən son təbliğat çıxışında bir daha Donald Trampı pisləyib və onu “təqdim etmək üçün heç bir planı olmayan” şəxs adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, Trampın İŞİD barədə ABŞ ordusunun generallarından daha çox bilməsi haqdakı iddiasına toxunaraq deyib: “Xeyr, Donald, sən heç bir şey bilmirsən. Hamıdan pis təklif verirsən və deyirsən ki, daha çox ölkə, o cümlədən Asiyanın qərbindəki ölkələr nüvə silahına malik ola bilərlər”.

Klinon Trampı “həyasız” adlandırıb: “O, o qədər həyasızdır ki, Amerika ordusunu faciə adlandırır. O, həmçinin bizim iqtisadiyyatımızı idarə edəcək və ya uşaqlarımız üçün bir meyar ola biləcək bir şəxs deyil. Tramp etimad ediləsi şəxs deyil. O, Amerikada prezident olmaq üçün nə lazımi ləyaqətə, nə də ki, münasib xüsusiyyətə malikdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button