2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Koçaryana Ermənistandan çıxmaq icazəsi verilib


Yerevan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana fevralın 3-dən 8-dək ölkədə olmamaq icazəsi verib.

Onun konstitusiya quruluşunu devirmək ittihamı ilə məhkəməsi aylardır ki, davam edir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun bildirir ki, bu barədə qərarı hakim Gevork Bağdasaryan fevralın 3-də Koçaryanın və onun tabeçiliyində olmuş daha üç nəfərin məhkəməsində elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bağdasaryan deyib ki, məhkəmə, polisdən göstərilən müddətdə Koçaryanın ölkədən çıxışına qoyulmuş qadağanın qaldırılmasını rica edib.

Məhkəmə bildirir ki, bu tədbir müvəqqətidir və Koçaryanın ölkədən çıxış qadağanı bərpa olunacaq.

 

Prokurorluq izahat istəyir

Lakin prokuror Koçaryana hansı əsasla ölkədən çıxış icazəsi verilməsi barədə izahat istəyib:

“Biz bu məsələni bundan əvvəlki məhkəmə iclasında qaldırsaq da, heç bir izahat almamışıq. Robert Koçaryana Ermənistanı tərk etmək icazəsinin hansı əsaslarla verildiyi bizə məlum deyil…”

Məhkəməyə sədrlik edən Anna Darbinyan deyib ki, prokurorluq lazımi qaydada bu qərardan şikayət verə bilər.

Robert Koçaryanın ofisindən verilən məlumata görə o AFK “Sistema” korporsiyasının 3-8 fevralda keçiriləcək direktorlar şurasında iştirak etmək üçün fevralın 3-də Moskvaya gedəcək.

AFK “Sistema” Rusiyada özəl investisiya şirkətlərindən biridir. Onun idarə heyətinə həm də Anatoli Çubays daxildir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button