2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Koçaryanın evində axtarışlar

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın malikanəsində və ofisində axtarışlar aparılıb.

Axtarış 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı açılan cinayət işi çərçivəsində aparılıb.

Buununla bağlı “Sputnik Ermənistan” Xüsusi İstintaq Xidmətinə istinadla məlumat yayıb.

Axtarışların dəqiq vaxtı məlum olmasa da, onun bir neçə gün öncə baş tutduğu bildirilib. İstintaqın aparılması səbəbindən araşdırmanın nəticələri açıqlanmır.

Saytların yığılması Saytlarin yigilmasi

Robert Koçaryan iyulun sonunda həbs edilib, avqustun 13-də isə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. O, 2008-ci ildə ölkədə konstitusiya rejiminin devrilməsində ittiham olunur.

Oxu.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button