2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Koçaryan:”Sülh prosesində Türkiyəyə yer yoxdur”

“Açıq birtərəfli mövqeinə görə Dağlıq Qarabağ danışıqlarında Türkiyəyə yer yoxdur və onu bu prosesdən uzaq tutmaq lazımdır”.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan (Shavarsh Kocharian) News.am saytının sualına cavabında deyib.
Sual Rusiyanın xarici işlər naziri Sergei Lavrovun oktyabrın 14-də Yerevanda dediklərinə Türkiyənin reaksiyası barədə olub.
Koçaryan deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Yerevanda qəbul etdikləri bəyanatda münaqişənin genişlənməməsi ,vəziyyətin sabitləşməsi və sülh prosesinin irəli aparılması ilə bağlı Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmalara dəstək bildirilib.
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli beynəlxalqhüququn 3 prinsipi-güc tətbiq etməmə, dövlətlərin ərazi bütövlüyü, bərabərlik və xalqların öz müqəddəratını təyin etmə hüququna əsaslanmalıdır”, deyə Koçaryan bildirib.
Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqei, Azərbaycan KİV-lərinin təbliğ elədiyi kimi Türkiyə xarici işlər nazirliyinin təhrif elədiyi bəyanatla yox, məhz yuxarıdakı bəyanatla ifadə olunub.
“Dağlıq Qarabağdanışıqlar prosesinin təhrifi ilə Azərbaycan məşğul olub. Türkiyəyə bu prosesdə yer yoxdur.
Onun bu münaqişənin həllində görə biləcəyi yeganəmüsbət iş, Ermənistanla sərhədi açmaq və Azərbaycanın təxribatçı hərəkətlərini dəstəkləməmək olardı”, deyə o vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button