2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Köçkünlər Bakı-Gəncə yolunu bağlayacaq – VİDEO

Dünən bir sıra internet portallarında Goranboy rayon Elektrik Şəbəkəsi tərəfindən  rayonun Xoylu kəndindəki fermada məskunlaşan Kəlbəcər köçkünlərinin elektrik enerjisini kəsməsi barədə xəbər yayılıb.
Gununsesi.info-nun araşdırması zamanı köçkünlərin artıq 4 –cü gündür ki, işıqsız qaldıqları bəlli olub. Əməkdaşımızla söhbətlərində heç bir instansiyanın onların düşdüyü problemlə maraqlanmadığını deyən köçkünlər problemin tezliklə həll olunmayacağı təqdirdə etirazlarını kütləvi aksiya ilə bildirəcəklərini deyib.
Qeyd edək ki, Kəlbəcər köçkünləri redaksiyamıza yolladıqları müraciətdə Goranboy Elektrik Şəbəkəsinin rəhbərliyinin Azərbaycan Prezidentinin fərmanına sayğısızlıq göstərməkdə ittiham edib.
Köçkünlər yazır:
Biz 20 ildir ki, Goranboy rayonunun Xoylu kəndində yaşayırıq. Hazırda 5 təsərrüfat olmaqla 20 nəfər burada məskunlaşmışıq. Qaz xəttinin yaxınlığımızdan keçməsinə baxmayaraq, 20 ildir ki, bizə qaz çəkilməyib. Ölkə başçısı 14 fevral 2017-ci ildə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə yeni fərman imzaladı. Bu fərmana görə, qaz təminatı olmadığından bizim elektrik enerjisi köhnə qaydalar ilə təmin olunmalıdır. Xəstə, az yazşlı uşaqlara baxmayaraq, Goranboy rayon Elektrik Şəbəkəsinin rəhbərliyi gəlib, işığımızı kəsib. Özü də bunu  Xocalı faciəsinin ildönümündə etdilər. Azərbaycan hökuməti bizi vətəndaş yerinə qoymursa, açıq söyləsinlər. İllərdir ki, fermada acınacaqlı durumda yaşayırıq. Burada doğulan övladlarımız isti mənzili, normal həyatı tərzini ancaq xəyallarında görür. Vətəndaşa qarşı amansızlıq, heç bir dəyərə sığmır. Zəhmət çəkib, qazla təmin etsinlər, sonra yenə də borcumuz yaranarsa işığımızı kəssinlər. Amma qaz yoxdursa, biz təkcə elektirin ümidinə qalmalıyıq. Başqa çarəmiz də yoxdur”.
Köçkünlər onu da bildirib ki, məsələ ilə bağlı nümayəndələri Taryel İbrahimiov Bakıda Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində olub. Ancaq komitədən problemi araşdıracaqlarını desəllər də faktiki elektirik enerjisinin bərpası təmin olunmayıb.
KİV vasitəsilə ölkə rəhbərinə müraciət edən kəlbəcərlilər  ondan kömək istəyirlər:
“Cənab Prezident! Sizə KİV vasitıəsilə  üz tuturuuq. Bizə kömək edin. Beton divarlar arasında işıqsız qalmışıq”.
Mövzuya qayıdacağıq.
“Qaçqinkom”un  olaya biganə münasibəti isə təəssüf doğurur. Ölkənin bir sıra aparıcı media orqanlarının problemə diqqətinə baxmayaraq, Əli Həsənovun komitəsi susur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button