2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Köçkünlərin məskunlaşdığı binada yanğın olub

Fevralın 24-də Bakı şəhərinin Tbilisi prospektində yerləşən və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 7-mərtəbəli binada yanğın baş verib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar: “Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq”.

Qurumdan bildirilib ki, ilkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa olunmuş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəydiyi qeyd edilir: “Yanğın baş vermiş binada 277 ailə, yəni, min nəfər müvəqqəti məskunlaşıb”.

Xatırlatma

1988-ciildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. Münaqişə tezliklə döyüş müstəvisinə keçib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Həmin ərazilərdən köçkün düşən insanlar ölkənin başqa ərazilərində yerləşdirilib. Onların bir qismi sonrakı illərdə yeni salınan şəhərciklərə köçürülsə də, bir çox ailələr hələ də yataqxanalarda, qəzalı binalarda məskunlaşmaqdadırlar.

Ötən il 44 gün davam edən İkinci Qarabağ müharibəsində isə Azərbaycan işğal altında olan ərazilərinin 2/3 hissəsini azad edib. Hazırda həmin ərazilər minalardan təmizlənir.

24 saat” “Köçkünlərin məskunlaşdığı binada yanğın olub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button