2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Kod adı: “V.X.A – Vətən xainlərinin arvadları…”

Mehriban Ələkbərzadə müəllifi olduğu pyesə quruluş verib

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa səhnələşdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə müəllifi olduğu “Kod adı: “V.X.A – Xalq düşmənlərinin arvadları” pyesinə quruluş verir.

Əsər Sovet sürgünlərində, məhbəslərində min bir iztirab çəkən, Orta Asiyanın Akmol düşərgəsində həyat və ölüm arasında çarpışan azərbaycanlı qadınların faciəvi taleyindən bəhs edir.

Azərbaycan teatr tarixində bu mövzuda və miqyasda ilk tamaşanın məşqlərinə başlayan Mehriban Ələkbərzadə uzun illər boyu tarixi faktları araşdırdığını və belə bir səhnə əsərinin vacibliyini qeyd edib:

“Hələ televiziyada Mircəfər Bağırov haqda silsilə sənədli filmlər hazırladığım zamandan bu mövzu məni düşündürüb. İşlədiyimi bir çox arxiv materiallarından, bu insanların ailələri ilə söhbətlərimdən anlamışam ki, Azərbaycan xalqı öz fədakar, mətanətli qadınlarını tanımalıdır. Keçmişimizin Qadın üzü həm də bu adamlardır. Onların, sadəcə, qadın olduqlarına görə, “xalq düşməni” elan olunduqlarına görə yaşadığı dəhşətlərdi və xüsusən gənc nəslin bunu bilməsi, görməsi vacibdir”.

Tamaşa şair Əhməd Cavadın 130 illiyinə, 1937-38-ci illərdə repressiya qurbanı olmuş böyük fikir adamlarına və onların ailə üzvlərinə, xanımlarına ithaf olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button