2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Köhnə balıqçı milyardlarını “okeanlar üçün” bağışlayıb

Norveçli milyarder iş adamı Kjell Inge Roekke təxminən 2 milyard dollarlıq sərvətini xeyriyyə məqsədiylə paylayacağını açıqlayıb. Köhnə bir balıqçı olan və sərvətini sonra girdiyi neft biznesindən qazanan Kjell Inge Roekke okeanları plastik tullantılardan təmizləmək üçün bir tədqiqat gəmisinə maliyyə dəstəyi vermək istədiyini söylədi. Gəminin Dünya Təbiəti Qoruma Vəqfi (WWF) ilə birlikdə idarə olunması planlaşdırılır.

Roekke beləcə sərvətini bağışlama öhdəliyi ilə Bill Qeyts, Varren Buffet və Mark Zükerberq kimi milyarderlər arasında yerini alıb. O, “qazandığımın çoxunu cəmiyyətə geri vermək istəyirəm, bu gəmi də onun bir parçası” deyib. Tədqiqat gəmisinin 30 ekipajı, 60 elm adamını saxlayacaq yeri və laboratoriyaları olacaq. Medianın xəbərinə görə, gəmi gündə sudan 5 ton plastik çıxaracaq.
“Dənizlərdəki hədsiz plastik çirklilik kimi böyük problemləri həll etmək üçün bir yol tapmaq əsas xəyalım idi” deyib iş adamı.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button